Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Yanvar

2015
12:54
`Atama yazdım ki, möhkəm olsun` - Dilqəm Əsgərova oğlundan MƏKTUB

Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov atasına məktub yazıb. Bu BarədəMovqe.az-a Kürdoğlu Əsgərov özü məlumat verib. K. Əsgərov deyib ki, Qızıl Xaçın nümayəndələri ilə görüşüb: "Atamın hansı şəraitdə saxlanıldığından xəbərsizik. Mən onlardan atamın hansı şəraitdə,kimlərlə saxlanıldığı barədə bizə bir məlumat vermələrini tələb etdim. Bildirdim ki, atamın və Şahbazın taleyindən narahatıq. Onlar da mənə dedilər ki,girovlarla görüşdükdən sonra ona məktubu çatdıracaqlar, bizə məlumat verəcəklər".

K. Əsgərov atasına məktubda ürək-dirək verdiyini, hər şeyin yaxşı sonuclanacağını yazdığını deyib: "Sözün açığı yazdıqlarımın hamısı ağlımda deyil. Əsas onu yazdım ki, ata, səbrli ol, bizdən narahat olma. Ona ürək-dirək verdim ki, hər şey yaxşı sonuclanacaq, səbr etsin. Atama yazdım ki, möhkəm olsun".  

K. Əsgərov bununla belə içlərində olan narahatçılığın onlara rahatlıq vermədiyini dilə gətirib: Atam ermənilərin, düşmənin əlində olduğu halda biz necə rahatlıq tapa bilərik? Onun səhhətindən, saxlanma şəraitindən çox narahatıq. İnanın ki, gecə də, gündüz də özümə yer tapa bilmirəm. Beynəlxalq təşkilatlara səslənirəm ki, atamın və Şahbazın taleyinə biganə münasibət göstərməsinlər. Düşünsülər ki, düşmən əlində olan girovların vəziyyəti indi necədir".

K. Əsgərov sabah saat 12:00 da Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı da keçirəcəklərini bildirib. 

Xatırladaq ki,   dekabrın 29-da işğal olunmuş Xankəndi şəhərində Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevin üzərində qurulan "məhkəmə prosesi” yekunlaşıb. "Hakim” Anatoli Tadevosyan Dilqəm Əsəgrovu ömürlük, Şahbaz Quliyevi isə 22 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum etməsi ilə bağlı "hökm” verib. Beş saat davam edən qondarma prosesdə "hökm” oxunduqdan sonra Azərbaycan vətəndaşları üzü maskalı şəxslərin müşayiəti ilə Şuşa həbsxanasına aparılıblar. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dərsliklər təhvil verilmə vaxtı məlum oldu

02

İyun
17:31
ELM / TƏHSİL
250

İyunun 3-də dolların manata qarşı məzənnəsi

02

İyun
17:23
İQTİSADİYYAT
197

DİN metrodakı hadisə ilə bağlı açıqlama verdi

02

İyun
16:58
HÜQUQ,HADİSƏ
273

Masallının prokuroru işdən çıxarıldı

02

İyun
16:18
HÜQUQ,HADİSƏ
287

Salyanda avtomobil yolu yenidən qurulur

02

İyun
14:45
NƏQLİYYAT
247

Taliban lideri koronovirusdan ölüb

02

İyun
13:13
DÜNYA
528
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-06-2020 03:15





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru