Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Yanvar

2015
22:11
1299
Polis sürücünü döyüb həbs etdi - Foto

İmişli rayonunun Qaradonlu kəndində Dövlət Yol Polisi (DYP) əməkdaşları ilə həmin kəndin 57 yaşlı sakini Eynulla Yadulla oğlu Fətullayev arasında insident baş verib. 

Hadisə yanvarın 6-da baş verib. İnsident nəticəsində E.Fətullayev yol polisləri tərəfindən rayon polis şöbəsinə aparılıb. Kənd sakini şöbədə amansızlıqla döyülüb, daha sonra isə həbs edilib.

İmişli Rayon Polis Şöbəsinin növbətçi hissəsindən bildiriblər ki, Eynulla Fətullayevə CM-in 315.1-ci (polisə müqavimət) maddəsi ilə cinayət işi açılıb və yanvarın 8-də İmişli Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Ən maraqlısı isə odur ki, E.Fətullayev həbs olunaraq polis şöbəsinə aparılandan və orada döyüləndən sonra şöbədən çıxmağa və zorakılığa məruz qalması barədə İmişli Rayon Prokurorluğuna şikayət ərizəsi ilə müraciət etməyə macal tapıb.

Qeyd edək ki, Eynulla Fətullayevlə DYP əməkdaşları arasında insidentə DYP-yə məxsus xidməti avtomobilin Qaradonlu kəndinin ərazisində yüksək sürətlə hərəkət etməsi səbəb olub. Belə ki, DYP əməkdaşları qaydanı pozmuş başqa bir avtomaşını kəndin içində yüksək sürətlə təqib edirmiş. Bu isə E.Fətullayevin xoşuna gəlməyib və bunu DYP əməkdaşlarına irad tutub. İnsident də bundan sonra başlayıb./virtualaz.org

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
568

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
412

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
431

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
473

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
503

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
482

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
1076

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
874
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-08-2019 06:34



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru