Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Yanvar

2015
14:41
Nyu-Yorkda polislə mer qarşı-qarşıya: Gərginlik yeni mərhələyə keçib

Amerika/ FaktXəbər-in verdiyi məlumata görə, bu günlərdə Nyu-Yorkda polislərlə şəhər meri arasında baş verən gərginlik Amerika qəzetlərinin manşet səhifələrini bəzəməyə davam edir və artıq yeni mərhələyə keçib.

Bruklində ölən həmkarlarının dəfnində merə arxalarını çevriən zabitlər artıq  nümayişkaranə şəkildə öz vəzifələrini yerinə yetirməməyə başlayıblar.

Nyu-York meri Uilyam Borton polislərin yenidən öz işlərinə məsuliyyətlə yanaşmaları üçün çalışdıqlarını bildiriblər.

Qeyd edək ki, yerli KİV-lərin yazdıqlarına görə, həbs və xəbərdarlıqların sayı 90 faiz azalıb. Məsələn, cari ilin yanvar ayının ilk həftəsində ictimai yerlərdə  içki içmək üçün 48 cərimə yazılıb. Halbuki əvvəlki illərdə bunun üçün minlərlə insan cərimələnərdi.

Kriminal polis də aksiyaya qoşulub. İlin ilk həftəsində ötən illə müqayisədə 56 faiz az həbs həyata keçirilib.

Hüquq mühafizəçilərin aksiyası artıq şəhərə ciddi ziyanlar verib. Çünki Nyu-York şəhərinin büdcəsinin əsasını cərimələr təşkil edir. aksiyaya görə, hər həftə büdcəyə təqribən 10 milyon dollar ziyan vurur.

Nyu-Yorkun  polis rəisi  bu çətin vəziyyətdən çıxmaq üçün əlindən gələni edəcəyini, lazım gələrsə hər bir polis bölməsinin ayrı-ayrı zabitləri ilə danışacağını bəyan edib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3491

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2617

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2023

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1776
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-03-2020 21:50



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru