Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Yanvar

2015
10:23
Ermənilərin `Krasnovodsk-Bakı` bərəsindəki terror aktından 23 il ötür

Elmi araşdırmalar beynəlxalq terrorizmin tərkib hissəsi olan erməni terrorunun tarixinin 100 ildən çox olduğunu göstərir. FaktXəbər-in verdiyi məlumata görə, «Böyük Ermənistan» dövlətinin yaradılmasını qarşısına məqsəd qoymuş radikal erməni təşkilatları - 1887-ci ildə yaradılmış «Armenakan», sonradan «Hnçak» və «Daşnaksütyun» partiyaları bu planı həyata keçirmək üçün siyasi terror aksiya­larından geniş istifadə edilməsini proqram sənədlərində başlıca vasitə kimi nəzərdə tutmuşlar.

Ermənistan dövlətinin və erməni diasporasının maliyyə, həmçinin təşkilatı yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terrorçu təşkilatlarının Azərbaycana qarşı apardıqları terror müharibəsi 1980-ci illərdən başlayaraq ardıcıl xarakter almışdır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun işğalı zamanı kütləvi vahimə yaratmaq, çoxlu insan tələfatına nail olmaq məqsədi ilə Ermənistanın xüsusi xidmət orqanları hərbi əməliyyatların getdiyi ərazilərdən xeyli uzaqda, dinc azərbaycanlı əhalisinin yaşadığı məntəqələrdə terror aktları təşkil etmiş, nəticədə minlərlə günahsız insan həlak olmuşdur.

FaktXəbər-in verdiyi məlumata görə, həmin terror aktlarından biri də 23 il öncə baş vermişdi. Belə ki, 1992-ci ilin yanvarın 8-də Türkmənistandan "Krasnovodsk-Bakı" marşurutu ilə hərəkət edən "Советская Калмыкия" dəniz bərəsində  terror aktı  törədildi. Həmin hadisə nəticəsində 25 nəfər həlak oldu, 88 nəfər yaralandı.

Ümumilikdə hesablamalara görə, erməni terror qrupları tərəfindən 80-ci illərdən başlayaraq Azərbaycan Respublikasının dinc sakinlərinə və hərbçilərinə qarşı 338 terror aktı həyata keçirilib. Nəticədə 881 nəfər həlak olub, 1239 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
54066

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52184

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
53624

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53364

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
58713

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
52989

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
53378
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-11-2020 05:31





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru