Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Yanvar

2015
21:10
Polis Sahil bağında gənci öldürən şəxsi həbs etdi – RƏSMİ

Yanvarın 6-da Bakının Səbail rayonunda yerləşən Sahil bağında Bakı şəhəri sakini Həsənov Həsən Namiq oğlunu bıçaqlayaraq qətlə yetirmiş cinayətkarın şəxsiyyəti müəyyənləşdirilib.

Daxili İşlər Nazirliyindən FaktXəbər-ə daxil olan məlumata görə, cinayəti Bakı şəhərində yaşayan Elçin Çobanov adlı şəxsin törədib.

Artıq Səbail rayon Polis İdarəsi 1988-ci il təvəllüdlü Elçin Elman oğlu Çobanovu həbs edib.

Xatırladaq ki, yanvarın 6-da saat 18:47 radələrində 1989-cu il təvəllüdlü, Nərimanov rayon sakini Həsənov Həsən Namiq oğlu və onun dostu, 1993-cü il təvəllüdlü Məmmədzadə Orxan Təbriz oğlu “Sahil” bağında bıçaqlanıblar.

Həsən Həsənov hadisə yerindəcə keçinib, Orxan Məmmədzadə isə xəstəxanaya yerləşdirilib. Hadisənin dəqiq səbəbi məlum deyil.

Şahidlər mərhum Həsən Həsənovun gəzdirdiyi itin yoldan keçən qızlara hürdüyünü, kənarda dayanmış 26-27 yaşlı oğlanın isə söhbətə müdaxilə etdiyini bildirir.

Naməlum şəxs mübahisə zəminində bıçaq çıxararaq, Həsən Həsənova 1, Orxan Məmmədzadəyə isə 2 zərbə endirib. Həsən Həsənov ürəyindən xəsarət aldığından hadisə yerində ölüb. Qətli törədən şəxs hadisə yerindən qaçıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3868

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2795

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2227

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1887
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-04-2020 05:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru