Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Yanvar

2015
21:39
Deputat oğlu Bakıda “avtoş`luq” etdi

Bayram günlərində Bakı küçələrində qadağan olunmuş səs siqnallarından istifadə edən, bununla da asayişi pozan sürücü saxlanılıb.

Avtoxuliqanlıq edən sürücünün 10 GV 888 dövlət nömrə nişanlı “Maserati” markalı bahalı avtomobil isə cərimə meydançasına aparılıb. Həmin avtomobil hazırda Badamdarda yerləşən cərimə meydançasında saxlanılır.

Məlum olub ki, dəbdəbəli maşınla "avtoş"luq edən sürücü Famil Mahir oğlu Aslanovdur. Onun iş adamı, Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Mahir Aslanovun oğlu olduğu müəyyən edilib.

Məsələyə münasibət bildirən millət vəkili Famil adlı oğlunun olduğunu bildirsə də, onun idarə etdiyi “Maserati”nin cərimə meydançasına aparılmasını təsdiqləməyib: “O, orqan işçisidir. Onun qayda pozması və maşınının cərimə meydançasına aparılması inandırıcı deyil. Ancaq hər birimiz qanun qarşısında cavabdehik və bu baxımdan əgər yol hərəkət qaydalarını pozuruqsa, avtomobilimiz cərimə meydançasına aparıla bilər”.

Yeri gəlmişkən, prezident sərəncamı ilə qadağan olunan bu səs siqnallarından istifadə etmək ən ağır qayda pozuntusu hesab edilir və bu əməli törədən şəxsin işi məhkəmədə həll olunur.

Qeyd edək ki, Mahir Aslanov Gorbanboy-Naftalan seçki dairəsindən Milli Məclisə deputat seçilib. Onun digər oğlu Məhəmmədəli Aslanov “Bank of Azerbaijan”ın İdarə Heyətində çalışır./ans

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
54687

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52789

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
54184

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53924

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
59349

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
53614

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
53990
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-12-2020 23:31





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru