Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Yanvar

2015
22:30
1312
Serj Qarabağda nəzarəti itirdi
Ermənistan XİN-i qaynar fəaliyyət illüziyası yaratmağa çalışır

“Münaqişə tərəfləri arasında etimad yoxdursa, Qarabağ nizamlanmasında hər hansı pozitiv irəliləyiş ola bilməz”.

Belə bir açıqlama ilə Ermənistanın əsas müxalif qurumu olan Erməni Milli Konqresinin Xarici əlaqələr komissiyasının sədri Vladimir Karapetyan çıxış edib.

“Etimaddan danışarkən mən əldə olunan anlaşmaların həyata keçirilməsinə hazırlığı və imkanları nəzərdə tuturam. Əgər Azərbaycana münasibətdə anlaşmalara əməl olunacağına inam yoxdursa, Ermənistan nümunəsində əsas problem imkanların yoxluğudur. Serj Sərkisyan ölkədəki vəziyyətə o dərəcədə nəzarət eləmir ki, bundan istifadə edib Qarabağ nizamlanmasına, qarşılıqlı güzəştlərə dair öz baxışlarını və yanaşmalarını cəmiyyətə təqdim eləsin”, - deyə müxalifət təmsilçisi deyib.

Karapetyan Sərkisyanın konstitusiya islahatlarının da baş tutmayacağına əmindir: “Belə şəraitdə o, ciddi proseslərə cəlb oluna bilməz. Bunu təkcə rəqib yox, vasitəçilər də anlayır. Elə buna görə də prosesi aktivləşdirmək üçün xüsusi səylər göstərmirlər. Yaxın vaxtlarda məsələdə ciddi dəyişiklik gözlənilmir, hərgah Ermənistan XİN-i qaynar fəaliyyət illüziyası yaratmağa çalışır”./musavat

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Laçın”ın sahibinin oğluna hökm oxundu

23

May
16:52
HÜQUQ,HADİSƏ
121
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 09:29



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru