Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Yanvar

2015
15:07
Hacı Zeynalabdin Tağıyevin polkovnikə sərt cavabı - SƏNƏDLƏR

Qəribə bir xüsusiyyətimiz var: bəzən xalqımızın ayrı-ayrı nümayəndələri haqqında həqiqətdən daha çox əfsanələrə üstünlük verir, bununla da bəzən onların xeyirxah əməllərinə, müsbət keyfiyyətlərinə əfsanə kölgəsi salırıq. Məsələn, Hacı Zeynalabdin Tağıyevin XX əsrin əvvəllərində Avropanın hansı şəhərindəsə bir restorana sonrakı 100 il ərzində buraya yolu düşəcək hər bir müsəlmanın müftə yeyib-içməsi üçün əvvəlcədən ödəniş etməsi barədəki əfsanə kimi... 

Məncə, kimliyindən asılı olmayaraq, insan barədə həqiqət daha maraqlıdır. Hətta milyonlara sahib olan adamlar haqqında da...
Məlumdur ki, Tağıyev xeyriyyəçi olub...
Təhsilin, mədəniyyətin tərəqqisinə yardım edib...
Amma hesabını-kitabını bilməyən, pulunu havaya sovuran da olmayıb... 

Bu yaxınlarda arxivdə işləyərkən rusdilli “Kaspi” qəzetinin 11 fevral 1910-cu il tarixli nömrəsində “Maraqlı yazışma” başlıqlı bir məlumata rast gəldim. Burada söhbət Dağıstan vilayətinin Dargin dairəsinin rəisi polkovnik Həsən bəy Həşimbəyovun H.Z.Tağıyevə məktubundan və Hacının ona cavabından gedir. Qəzet həmin yazışmanın mətnini şərhsiz-flansız dərc edib. 



Polkovnik Həşimbəyov yazır: 

“Çox hörmətli Hacı.
Dağıstan vilayətinin Dargin dairəsinin Hocalmahı kənd icması bizdə tikilən cümə məscidinin inşasına 200 rubl yardım göndərdiyiniz üçün Sizə təşəkkür etməyi bu dairənin rəisi kimi mənə həvalə edib. 

Bununla belə, bir tərəfdən icma hesab edir ki, bu ianə məscid üçün elə də ciddi yardım deyil, digər tərəfdən, görünür, Sizin belə işlərə böyük ianələr ayırmağınız barədə şaiyələr onları yanıldıb. Buna görə də məndən xahiş ediblər ki, göndərdiyiniz 200 rublu geri qaytarım və Sizi narahat etdiyimiz üçün üzrxahlıq bildirim.

İcmanın xahişini yerinə yetirərək bu məktubla bərabər xüsusi baratla 200 rublu da göndərməklə mənim Sizə hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

H.Z.Tağıyev isə polkovnikə cavab məktubunda məscid tikintisinə göndərdiyi 200 rublun məktubla birlikdə geri qayıtdığını təsdiqləyərək yazır: 

“...Kənd əhlinin tapşırığı ilə bu pulun geri qaytarılmasını onunla əsaslandırırsınız ki, verdiyim ianənin məbləği məscid tikintisi üçün yetərli deyil və belə işlərdə mənim guya geniş xeyriyyəçilik göstərdiyim barədə şayiələr camaatı yanıldıb.

Sizə cavab verməyi özümə borc bilərək xahiş edirəm ki, mənim son vaxtlar belə işlərə məhz bu məbləğdən artıq ianə verməməyə çalışdığımı Hocalmahı kənd icmasına çatdırmaqdan imtina etməyəsiniz.

Görünür, icma unudub ki, məscid təkcə Hocallmahıda tikilmir və mən bu məmləkətdə yeganə müsəlman deyiləm, həm də o qədər zəngin deyiləm ki, Rusiyada məscid və məktəb tikintisinə hər il 100.000 rubl və daha çox pul xərcləyəm, bu da mənim varidatıma təfavüt eləməsin.

Mən imkan daxilində hamıya daim kömək etmişəm. Lakin bunu dəyərləndirmirlərsə, onda bu, mənə dərs olacaq və gələcəkdə bir daha Hocalmahı icmasının etdiyinə bənzər iradlar almamaqdan ötrü bundan sonra məscid tikintisi üçün kiməsə, hətta mənim 200-300 rublumu, Hocalmahı kəndindən fərqli olaraq, əhəmiyyətli dəstək sayan icmalara belə, ianə verməkdən imtina etməyə məcbur qalacağam...

Bəlkə, hocalmahılılar mənim baş idarəmin mühasibat kitablarına da nəzər yetirələr? Bu, onların gözlərini aça bilərdi və onlar ianəmi geri qaytarmağa, eləcə də mənim guya geniş xeyriyəçiliyimə irad tutmağa cəsarət etməzdilər. 

Xeyriyyəçilik məqsədi ilə başqa işlərə xərclədiyim müxtəlif miqdarda yardımları nəzərə almasaq, təkcə 1909-cu ildə mən Ruisyada məscid tikintisinə 18.500 rubl, tədris-tərbiyə işinə 77.000 rubl miqdarında ianə vermişəm. Hesab edirəm ki, mənim imkanlarıma baxanda, bu rəqəmlər kifayət qədər yetərli, ümumən gördüyüm işlərə nəzər yetirdikdə isə, hətta bir az da çoxdur.

Mənə belə gəlir ki, Hocalmahı kəndinin sakinləri bir məsələni də unudublar ki, hər hansı şəxsin xeyriyyə tədbirlərinə bu və ya digər məbləğdə ianə ayırması onun borcu deyil, istəyidir. Ona görə də Allah evinin tikintisi ilə məşğul olanlar düşünməliydilər ki, hər cür yaxşı işə yardım etmək xeyirxahlıq sayılır və ona görə də nəinki 200 rubldan, heç bir rubldan da imtina edilməsi yerinə düşmür, üstəlik günah hesab edilir. Hələ mən onu demirəm ki, onların bu addımı atmağa mənəvi haqqı çatmır...”

Və sonda imza: Tağıyev. 



Bax, belə!
Düşündürücü yazışmadır...

Məzmun və məramı təkcə tarix üçün deyil, həm də bu günümüz üçün aktual olan bir məsələdir. 
Söhbət 1910-cu ildən getsə də...
Hətta bu yazışmanın o dövrün rusdilli qəzetində dərc edilməsi ilə qeyri-müsəlmanların da bu xoşagəlməz əhvalatdan xəbər tutmasına baxmayaraq.../azvision.az
Daha ətraflı:http://atvxeber.az/news/interesting/10587-haci-zeynalabdin-taiyevin-polkovnike-sert-cavabi
Atvxeber.az saytında yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi vacibidir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
52927

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
51142

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
52578

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
52260

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
57707

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
51921

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
52302
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-11-2020 10:50





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru