Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Yanvar

2015
10:35
525
Rusiyada azərbaycanlının hamilə arvadını güllələdilər

Rusiyanın Nijni Novqorod şəhərində azərbaycanlıların milli-mədəni muxtariyyətinin görkəmli nümayəndələrindən biri olan Rasim Quliyevin həyat yoldaşı vəhşicəsinə öldürülüb.

Bu barədə Vesti.Az-a Nijni Novqoroddakı azərbaycanlıların milli-mədəni muxtariyyətinin rəhbəri Vidadi Abbasov bildirib.

“Hadisə yanvarın 3-də Nijni Novqorodun Kanavinsk rayonunda baş verib. Akimov küçəsində yaşayan sərxoş işsiz sakin yuxarı mərtəbədə yaşayan qonşusunun uşaqlarının guya çox səs salmasından əsəbiləşib. Yuxarı mərtəbədə yaşayan 40 yaşlı hamilə qonşusu ilə mübahisədən sonra kişi öz evinə gəlib, seyfdən ov tüfəngini götürüb, sonra isə yuxarı qalxaraq, qonşusunun qapısına atəş açıb. Bu məqamda qapı arxasında dayanan qadın aldığı yaralardan yerindəcə həlak olub.

Həlak olan qadın hamiləliyin sonuncu ayında imiş. Bu ay onun əkiz övladı dünyaya gələcəkdi. Qadının yetkinlik yaşına çatmayan iki övladı qalıb.

Hazırda 49 yaşlı kişi saxlanılıb, onun barəsində həbs-qətimkan tədbiri seçiləcək. Müstəntiqlər onun odlu silaha sahib olmaq icazəsinin olmadığını aydınlaşdırıblar. Hamilə qadını öldürdüyü üçün cani ömürlük azadlıqdan məhrum edilə bilər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Laçın”ın sahibinin oğluna hökm oxundu

23

May
16:52
HÜQUQ,HADİSƏ
101

Övladlarınıza verdiyiniz 8 zərərli qida

23

May
16:09
AİLƏ, SAĞLAMLIQ
199

Maksimum bal toplayanların sayı azalıb - SƏBƏB

23

May
15:40
ELM / TƏHSİL
2285
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 00:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru