Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Dekabr

2014
12:58
ABŞ İraqda İŞİD-ə silah yardımını belə edir - VİDEO

FaktXeber.com-un İraq mediasına istinadən verdiyi məlumata görə, başda ABŞ olmaqla Qərb və onların regiondakı müttəfiqlərinin terroru dəstəkləməsi haqda faktlar danılmaz reallığa çevrilib. Görəsən sizdə bu sual yaranıb ki, dünyanın 4 bir yerindən İraq və Suriyaya gəlmiş terrorçular silahı haradan əldə edir və niyə tükənmir? İraq rəsmiləri artıq tam anlayıblar ki, ABŞ və onun “anti-terror” koalisiyası əslində terrora yardım etmək üçün İraq və Suriyaya gəliblər.

Səlahəddin vilyətinin Bələd şəhər icra başçısı Mufid Əl-Bəldavi jurnalistlərə açıqlamasında bildirib ki, koalisiya qüvvələrinin təyyarələri ötən cümə günü Əl-Xəzirə məntəqəsində olan İŞİD terrorçularına paraşüt vasitəsilə silah yükü atdığının canlı şahidi olublar.

İŞİD-lə mübarizə aparan Əliəkbər könüllü dəstəsinin komandanı Qasim Muslih də “Əl-Əhd” telekanalına verdiyi açıqlmasında qeyd edib ki, ABŞ təyyarələri Yəsrib məntəqəsində külli miqdarda silah-sursatı çəllək vasitəsilə terrorçulara atıb. O, deyib: Son günlər Yəsrib məntəqəsində terrorçularla şiddətli döyüşlər gedirdi. Bu məsələ terrorçuların silahlarının tükənməsinə səbəb olmuşdu. On görə də onlar geri çəkilmək məcburiyyətində qalmışdılar. Ancaq ABŞ-ın terrorçulara yardım etməsi onların məhvinin qarşısını aldı.”

İraq kəşfiyyat orqanı rəsmisindən “Asia” xəbər agntliyinə verilən məlumatda vurğulanır ki, bizdə koalisiya qüvvələrinin İŞİD terrorçularına hərbi, maddi və texniki yardım etmələri barədə çoxlu faktlar mövcuddur. Biz bu məsələni həmin qüvvələrinin İraqdakı hərbi atteşelərinə çatdırmışıq, ancaq hər hansı bir müsbət nəticə almamışıq. Təkcə noyabr ayının 7-sində koalisiya qüvvələri İŞİD-ə 4 dəfə İraqın müxtəlif yerlərində hərbi və digər yardımlar ediblər.”

Kəşfiyyat rəsmisi daha sonra bildirib: “Cirfus-Səxər məntəsini azad etdiyimiz zaman ABŞ təyyarələrinin 3 dəfə İŞİD-ə havadan silah yardımı etməsinin şahidi olduq. Bu əməliyyat zamanı 300-ə yaxın İŞİD-çini əsir götürdük. Onlar özləri də koalisiya qüvvələrinin onlara silah yardımı etməsini açıq şəkildə etiraf etdilər.”

Daha sonra maraqlı açıqlama verən İraq kəşfiyyat nümayəndəsi deyib ki, ABŞ və koalisiya qüvvələri bəzən gözdən pərdə asmaq üçün terrorçulara zərbə endirir. Ancaq bu hal terrorçular Kürdüstana və ya Səudiyyə Ərəbistanı və İordaniya sərhədinə yaxınlaşanda baş verir.

Mövzu ilə bağlı İraq Parlamentinin nümayəndələri də dəfələrlə açıqlama veriblər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Qusarda hasar uşaqların üstünə aşıb

31

May
11:51
HÜQUQ,HADİSƏ
444

Xarici valyutaların manata qarşı məzənnələri

31

May
09:42
İQTİSADİYYAT
261
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-05-2020 13:06





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru