Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Dekabr

2014
10:38
Polislər azərbaycanlı tələbəyə 77 bıçaq zərbəsi vurdu - TƏFƏRRÜAT

2012-ci ilin sentyabr ayının 5-də Moskva vilayətinin Xoroşevo-Mnevniki rayonunun DİN PPX-nin 21 yaşlı polis əməkdaşı Dmitri Kolotovkin, 22 yaşlı azərbaycanlı Seymur Ağayevlə tanış olub.

MMİİ-nin (Makeyev Memarlıq və İnşaat İnstitutu) dördüncü kursunda oxuyan Seymur sürücülük ilə məşğul olurdu, “Moskovski komsomoles” yazır.

Adi sərnişin kimi maşına oturan polis Seymurdan onu Moskva vilayətinin Zaqoryansk qəsəbəsinə aparmağı xahiş edib. Orada onu əməkdaşları 26 yaşlı Aleksandr Vlasenko, 22 yaşlı Artem Skubak, eləcə də 22 yaşlı tələbə Andrey Alexin və 19 yaşlı Aleksey Vasilyev gözləyirdilər.

İstədiyi yerə çatan kimi D.Kolotovkin Seymura müxtəlif yerlərdən bıçaq zərbələri vurmağa başlayıb. A.Alexin ona dəmir boru ilə iki zərbə endirib, A.Skubak teleskopik dəyənəklə başına zərbə endirib. A.Vlasenko həmin zaman ətrafa nəzarət edirdi.

Aldığı yaralardan tələbə elə yerindəcə keçinib. Məhkəmə tibbi ekspertizasının nəticələrinə görə Seymur Ağayevə 77 bıçaq zərbəsi endirilib.

Qətldən sonra polislər və onların əlbirləri ondan 30 min rubl və “iPhone” markalı telefonunu götürüblər. Cəsədi isə meşədə gizlədiblər.

Qətlə yetirilənin atasının sözlərinə görə, onun oğlunu taksi sürücülərinə nəzarət edən yerli polis reyketlərə pul verməkdən imtina etməsi üçün öldürüblər. Tələbə adətən “Jiquli”də sərnişin daşıyırdı, amma bu yaxınlarda 600 min rubl dəyərində olan “BMW 530i” alıb.

Azərbaycanlının cəsədi qətldən bir neçə gün sonra tapılmasına baxmayaraq, polislərin hətta ölüdən belə pul qazanmaq hərisliyi olmasaydı, açılmayan işlərdən biri kimi qalacaqdı. Onlar bu məqsədlə Seymurun valideynləri ilə əlaqə quraraq onu oğurladıqlarını və azad etmək üçün 150 min avro istədiklərini bildiriblər. Bu pulların verilməsi zamanı 2012-ci il oktyabr ayının 30-da cinayətkarlar saxlanılıb.

Mətbuat həmçinin qətl hadisəsinə görə saxlanılan Artem Skubakın Moskva DİN İdarəsinin rəisi, polkovnik Sergey Skubakın qardaşı oğlu olduğunu da müəyyənləşdirib.

Dekabrın 26-da Moskva vilayət məhkəməsi Azərbaycan vətəndaşını amansızcasına qətlə yetirdikləri üçün üç asayiş keşikçisinə və onların əlbirlərinə dair qərar qəbul edib.

Məhkəmənin qərarına görə Dmitri Kolotovkin və Artem Skubak barmaqlıq arxasında 17 və 16 il keçirəcəklər. Onların kolleqası Aleksandr Vlasenko 13,5 il azadlıqdan məhrum edilib.

Andrey Alexin barmaqlıq arxasında 14 il keçirəcək. İttiham edilənlərin dördü də cəzalarını ciddi rejimli koloniyada çəkəcəklər.

Beşinci fiqurant Moskva sakini Aleksey Vasilyev olub. O, 7 il icbari cəza alıb, ondan 4-ünü sınaq müddəti olaraq çəkəcək.

Qətlə yetirilənin atası verilən qərarla razı deyil.

“Mən maksimal cəza istəmişəm, yenidən şikayət edəcəm. Bu dərdi heç kimə arzu etmərəm. Oğlum həyata yeni başlayırdı. O, burada təhsil alırdı, istedadlı, yaraşıqlı idi”, - o deyib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3463

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2612

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2007

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1771
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-03-2020 16:09



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru