Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Dekabr

2014
21:50
Yol Polisi İdarəsinin rəisi arzu etdi - FOTO

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi Quba rayonunda reyd keçirib.

Həyata keçirilən tədbirlər zamanı avtomobillərin texniki vəziyyətinə qanundankənar müdaxilə edən, nəqliyyat vasitələrinin ön, arxa, habelə yan şüşələrində görməni məhdudlaşdıran vasitələr quraşdıran, sürücülük hüququ olmadan, alkoqollu içki qəbul etmiş vəziyyətdə avtomobil idarə edən sürücülər müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.

Reydlərdə iştirak edən Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti şöbəsinin rəisi, polkovnik Ərəstun Məcidov jurnalistlərə açıqlamasında bildirib ki, bayram günləri ilə əlaqədar əhalinin bir hissəsi şəxsi nəqliyyat vasitələrindən istifadə edərək istirahət zonalarına yollanırlar. Ə.Məcidov sürücülərə yola çıxarkən daha diqqətli olmağı tövsiyə edib. BDYPİ-nin şöbə rəisi sürücülərin təhlükəsizlik qaydalarına ciddi nəzarət etmələrinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, vətəndaşlar yola çıxarkən avtomobillərinin texniki sazlığını yoxlamalı və yol hərəkəti qaydalarına riayət etməlidirlər: "Biz arzu edirik ki, hamı mənzil başına sağ-salamat çatsın. Heç kim qəzalara uğramasın".

Ə.Məcidov Daxili İşlər Nazirliyinin bütün əməkdaşları kimi yol polisinin də bayram günlərində gücləndirilmiş iş rejimində çalışacağını və yollarda əhalinin təhlükəsiz hərəkətinin təmin olunması üçün müvafiq tədbirləri həyata keçirəcəyini qeyd edib.

foto:avtosfer.az

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4396

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3021

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2416

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2025
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-04-2020 09:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru