Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Dekabr

2014
21:17
Yol polisi hədələdi: `Müqavimət göstərən cavabını alacaq`

Son 5 gündə paytaxtda 35 sürücü polisin qanuni əmrinə tabe olmadığına görə 7 nəfər isə avtoxuliqanlığa görə barələrində qanunvericiliyə uyğun tədbir görülüb.

Bunu "Trend"ə Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, yol polisinin qanuni tələbinə tabe olmama halları intizamsızlığa meyilli olan vətəndaşların polisə aqressiv münasibətidir. Amma kim bunu edirsə, layiqli cəzasını da alır: “Polis hər zaman xalqın onu dəstəklədiyi düşüncəsi ilə vətəndaşlara yanaşır. İntizamsızlığa meyilli şəxslər isə bundan sui-istifadə edirlər”.

Bölmə rəisi bundan əvvəl qeydə alınan polisə qarşı zor tətbiq edilməsi hallarına da münasibət bildirib: “Belə faktların artması polisi daha ehtiyatlı davranmaq üçün əlavə tədbirlər görmək məcburiyyətində qoyur. Yəni artıq vətəndaşla birbaşa təmasla yox, polisə mümkün müqavimətdən, zor tətbiqindən qorunmaq üçün bir sıra dövlətlərdə olduğu kimi polis bir qədər kənarda dayanaraq ünsiyyətə üstünlük verəcək. Polisə zor tətbiq edənlərə isə adekvat cavab veriləcək. Artıq polislərimiz buna hazırdır. Polis öz gücü, bacarığı və bütün digər vasitələrindən istifadə edərək həmin vətəndaşa qarşı qanunauyğun cavab tədbiri görəcək”.

O, həmçinin qeyd edib ki, son 5 gün ərzində Bakıda sərnişindaşıma qaydalarını pozan 54, avtomobili sərxoş halda idarə edən 120, işıqforun qırmızı işığında keçdiyinə görə 123 sürücü məsuliyyətə cəlb edilib. Bundan əlavə, yolayrıcı qaydalarını pozduğuna görə 2708 halda sürücülərə inzibati protokol tərtib edilib.

Ümumilikdə yol hərəkəti qaydalarının pozulmasına görə yol polisi əməkdaşları tərəfindən 5 gün ərzində 4056 inzibati protokol tərtib edilib. Onlardan 116-sı yol hərəkəti qaydalarını pozduğuna görə piyadaların cərimələnməsi ilə bağlıdır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4926

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3343

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2671

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2213
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-04-2020 08:48



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru