Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Dekabr

2014
16:06
Bakıda «avtoş»luq edən «Kamaz» sürücüsünə 25 sutka həbs verildi - FOTO

Bakıda avtoxuliqanlıq edən, yol polislərinə tabe olmayaraq qaçan, həmçinin, polis əməkdaşlarının həyatına təhlükə yaradan «Kamaz» markalı, 54 AC 578 dövlət nömrə nişanlı yük avtomobilinin sürücüsü Yusif Abasqulu oğlu Mehdiyev həbs olunub. Bu barədə Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədov məlumat verib. 

Onun sözlərinə görə, «Kamaz»ın sürücüsü Əziz Əliyev küçəsində «hərəkət qadağandır» nişanının təsir zonasına daxil olduğu üçün saxlama işarəsi verilib. Lakin sürücü avtomobili saxlamadan hərəkəti davam etdirib: «Həmin sürücünün saxlamaq cəhdi baş tutmadığı üçün o, Bayraq Meydanına qədər sərbəst hərəkət edib. Lakin Dövlət Yol Polisi əməkdaşları Bayraq Meydanı yaxınlığında süni sıxlıq yaradaraq maşını dayandıra biliblər. Həmin sürücü və toplanmış materiallar Səbail rayon Məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə sürücüyə 25 sutka inzibati həbs cəzası verilib. Bundan başqa, məhkəmə Yusif Mehdiyevin 1 il müddətinə sürücülük hüququndan məhrum edilməsi barədə də qərar çıxarıb».

Vaqif Əsədov bildirib ki, həmin sürücü polisin qanuni tələbini yerinə yetirməməklə yanaşı, xidmətdə olan polis əməkdaşlarının həyatına dəfələrlə təhlükə yaradıb. Bundan əlavə, o, sürət həddini aşaraq təhlükəli manevrlər etməklə avtoxuliqanlıq əməllərinə də yol verib: «Təsəvvür edin ki, sürücü yol polislərinin həyatına təhlükə yarada-yarada Əziz Əliyev küçəsi kəsişməsindən Bayraq Meydanına qədər qaça bilib».

Məhkəmə zamanı Yusif Mehdiyev avtoxuliqanlıq etməkdə özünü təqsirli bilərək əməlindən peşman olduğunu deyib.




Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
54687

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52789

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
54184

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53924

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
59349

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
53614

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
53990
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


04-12-2020 00:06





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru