Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Dekabr

2014
12:06
1161
Sürücülərin nəzərinə - cərimələrinin ödənişi asanlaşdı

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi "ASAN ödəniş" terminallarının quraşdırılmasına başlayıb.

Bu barədə "Trend"-ə Dövlət Agentliyindən bildirilib. Həmin terminalların köməyi ilə vətəndaşlar Vergilər Nazirliyinin, Yol Hərəkəti Qaydalarının (YHQ) pozulmasına görə cərimələrin ödənişini həyata keçirə biləcəklər. YHQ-nin pozulmasına görə cərimələrin ödənilməsi üçün protokolun nömrəsi və avtomobil sahibinin şəxsiyyət vəsiqəsindəki məlumatlar lazımdır. Qurğu banknotların və sikkələrin qəbulu üçün slotlarla təchiz edilib. Hazırda ilk "ASAN ödəniş" terminalı artıq "ASAN xidmət"in Sabirabad regional mərkəzində quraşdırılıb. Yaxın vaxtlarda qurğu bütün mərkəzlərdə quraşdırılacaq". Dövlət Agentliyinin 2015-ci il üzrə planlarına Bakıdakı ictimai yerlərdə (parklarda, ticarət-əyləncə mərkəzlərində, yanacaqdoldurma məntəqələrində və s.) "ASAN ödəniş" terminallarının quraşdırılması daxildir. Yaxın gələcəkdə ümumilikdə 200-ə yaxın belə terminalın quraşdırılması planlaşdırılır. Bundan əlavə, "ASAN ödəniş" portalının açılması nəzərdə tutulur. Onun köməyi ilə vətəndaşlar bank hesablarından, kredit kartlarından, “Elektron pul kisəsi”ndən və digərlərindən istifadə etməklə ödənişlər həyata keçirə biləcəklər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"QARA PLYONKA" məsələsinə nöqtə! - FOTO

20

Avqust
16:55
NƏQLİYYAT
585

Tikinti icazəsi "Bir pəncərə" sisteminə keçir

20

Avqust
15:42
HÜQUQ,HADİSƏ
777

Smartfonun beynin məhsuldarlığına təsiri öyrənilib

20

Avqust
15:05
AİLƏ, SAĞLAMLIQ
1504

Hirkan Milli Parkında yanğın başlayıb

20

Avqust
14:13
HÜQUQ,HADİSƏ
185

Bakıda kirayə evlər ötən aydan bahalaşıb

20

Avqust
14:10
İQTİSADİYYAT
1770

Füzulidə top mərmisi tapılıb

20

Avqust
14:07
HƏRB
815

BMT-dən fillərlə bağlı QADAĞA

20

Avqust
12:56
MARAQLIDIR
248

Ötən gün yol qəzalarında 2 nəfər ölüb

20

Avqust
12:49
HÜQUQ,HADİSƏ
208

Avqustun 21-ə gözlənilən hava proqnozu

20

Avqust
12:41
ÖLKƏ
253

Bakı metrosunda işıqlar söndü

20

Avqust
12:40
HÜQUQ,HADİSƏ
214
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2019 03:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru