Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Dekabr

2014
10:12
Bakı metrosunda mühüm yenilik

Bakı Avropa Oyunları ilə əlaqədar Bakı Metropolitenində məlumat tabloları həm Azərbaycan, həm də ingilis dilində olacaq.

Bunu Oxu.Az-a “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidməti və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

N.Paşayev qeyd edib ki, “Bakı Metropoliteni” QSC Avropa Oyunlarının Təşkilat Komitəsi ilə birgə əməkdaşlıq edir. Bakıda keçiriləcək ilk Avropa Oyunlarında xarici vətəndaşların rahat gediş-gəlişini təmin etmək üçün metrostansiyalarda məlumat tabloları iki dildə - Azərbaycan və ingilis dilində quraşdırılacaq.

Eyni zamanda, şöbə rəisinin sözlərinə görə, Avropa Oyunları zamanı xüsusi avtobuslar olacaq ki, həmin avtobuslar metro stansiyalarının qarşısından oyunların keçiriləcəyi obyektlərə istiqamət alacaq. Bununla bağlı həmin avtobusların metro stansiyalarının qarşısından nə zaman və hansı idman obyektinə hərəkət edəcəyi ilə bağlı ingilis və Azərbaycan dilində məlumat tabloları quraşdırılacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kuba Kastrosuz qaldı

17

Aprel
12:54
DÜNYA
563

Azərbaycan nefti bahalaşıb

17

Aprel
11:32
BÖLMƏNİ DÜZ SEÇ!
425

Ramazan ayının 4-cü gününün duası - AUDİO

16

Aprel
20:00
MƏNƏVİYYAT
515

Azərbaycan qaz ixracını kəskin artırıb

16

Aprel
15:13
İQTİSADİYYAT
527
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-04-2021 05:47





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru