Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Dekabr

2014
14:23
1418
`Prezident Administrasiyası: Qarabağı 10 günə azad edərik`

Azərbaycanın Milli Ordusu cəmi bir neçə günə Ermənistanın işğal etdiyi əraziləri azad etməyə qadirdir, Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov bildirib.  

“Azərbaycanda bizdə böyük fəxarət hissi doğuran ordu formalaşdırılıb”, - deyə, o, Prezident yanında Gənclər Fondunun yaradılmasının üçilliyi münasibətilə keçirilən tədbirdə vurğulayıb, İnterfaks-a istinadən xəbər verilir.

Ə.Həsənovun sözlərinə görə, beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünün pozulmasına biganə yanaşmaqda davam edərsə, “əminəm ki, bir həftə, 10 gün ərzində Milli Ordu bütün işğal olunmuş Azərbaycan ərazilərini azad etməyə qadirdir”.

O həmçinin vurğulayıb ki, Azərbaycan rəhbərliyinin həyata keçirdiyi ölkənin inkişaf kursu, o cümlədən gənclər siyasəti xalqın maraqlarına əsaslanır.

“Gənclər siyasəti Azərbaycan dövlətinin prioritet istiqamətidir”, - deyə Ə.Həsənov vurğulayıb.

O, gənclər təşkilatları tərəfindən həyata keçirilən layihələri dəstəkləyən və maliyyələşdirən Gənclər Fondunun fəaliyyətini yüksək qiymətləndirib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Laçın”ın sahibinin oğluna hökm oxundu

23

May
16:52
HÜQUQ,HADİSƏ
121
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 09:25



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru