Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Dekabr

2014
13:10
1038
Qarabağ Azadlıq Təşkilatı Elşən Mustafaoğlu barədə bəyanat verdi

Qarabağ Azadlıq Təşkilatı ilahiyyatçı alim Elşən Mustafaoğlunun həbsi ilə bağlı narahatçılığını bildirir. FaktXəbər-in məlumatına görə, bəyanatda deyilir: “Elşən Mustafaoğlu Azərbaycanda və ölkədən kənarda kifayət qədər tanınmış şəxsdir, həmişə obyektiv mövqeyi, ağıllı fikirləri ilə seçilib. O, Qarabağ məsələsi ilə bağlı fəal mövqedə olub, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında, gənclərin Qarabağ uğrunda fəal mübariz kimi yetişdirilməsində, vətənpərvərlik tərbiyəsi işində xidmətlər göstərib. Bu cür adamın həbs edilməsi başa düşülən deyil. O, azadlıqda Azərbaycan cəmiyyəti və dövləti üçün daha çox xeyir verə bilər.

Biz hesab edirik ki, Elşən Mustafaoğlunun həbsi anlaşılmazlıq nəticəsində baş verib. Onun barəsində obyektiv və ədalərli araşdırma aparılmalı və tezliklə azadlığa buraxılmalıdır. Onun hansısa cinayət hərəkəti törətdiyi inandırıcı deyil. Onu cəmiyyətdə yaxşı tanıyırlar, onun haqqında ancaq müsbət fikir mövcuddur. Onun həbsi hakimiyyətin imicinə də mənfi təsir göstərir. Hüquq-mühafizə orqanları məsələnin bu tərəflərini hökmən nəzərə almalıdır.”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Naxçıvan əhalisinin sayı artıb

20

May
22:40
ÖLKƏ
72

Təhsil Nazirliyindən ibrətamiz videoçarx

20

May
17:38
ELM / TƏHSİL
1339
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 04:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru