Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Dekabr

2014
22:51
Vladimir Putindən qorxulu səfərbərlik açıqlamsı: HAZIR OLMALIYIQ!

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurası və Nazirlər Kabinetinə hərbi səfərbərlik və ərazilərin müdafiəsi üçün region rəhbərlərinin səlahiyyətlərinin artırılması barədə tapşırıq verib.

FaktXəbər-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, Putin, "Təhlükəsizlik Şurasından  bu məsələni hökumətlə, uyğun qurumlarla işləməsini və bu normativ hüquqi bazanın mükəmməlliyi üçün öz təkliflərini təqdim etməsini xahiş edirəm. RF region ölkə rəhbərlərinin məsuliyyətini qaldırmağın vacibliyini və səfərbərlik  hazırlığını, o cümlədən ərazi müdafiəsini nəzərdə tuturam", - deyə bildirib.

Prezidentin sözlərinə görə, hazırda səfərbərlik hazırlığı ilə Müdafiə Nazirliyi məşğul olur. Bunun yanında, faktiki işləri region rəhbərləri yerinə yetirməlidir. 

Putinin fikrincə, bu işlər onlar üçün ikinci dərəcəlidir: "Lakin biz anlayırıq ki, məlum  şəraitlərdə bu iş fövqəladə vacib ola bilər, ona görə də, hazır olmalıyıq."

26 noyabrda Vladimir Putin bəyan etmişdi ki, digər dövlətlərin cəhdlərinə baxmayaraq, Rusiya  oyuna gəlməyəcək və  münaqişələrə girişməyəcək. Həmçinin dövlət başçısı bəyan etmişdi ki, yaxın 10 ildə ordu və flotun  təchizi üçün hərbi və xüsusi texnikanın alınması nomenklaturası hazırlanıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
331

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
311
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 11:12





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru