Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Dekabr

2014
16:48
Bakı metrosunda vətəndaşları cibgir belə soyurmuş - REAL GÖRÜNTÜ

Saysız-hesabsız oğurluq əməli törətmiş Sumqayıt sakini Bakıda yaxalanıb.  APA TV-nin xəbərinə görə, 1977-ci il təvəllüdlü Cavid Hüseynovu Bakı Metropoliteninin Mühafizəsi üzrə Polis Şöbəsinin Cinayət Axtarış Qrupunun əməkdaşları həbs ediblər. 

Bakı Metropoliteninin Mühafizəsi üzrə Polis Şöbəsinin rəis müavini Kamal Şirinovun sözlərinə görə, saxlanılan zaman o etiraf edib ki, narkotik alüdəçisidir, pul tapmaq ücün oğurluq edib.

Saxlanılan şəxs xeyli vaxtdır, cibgirliklə məşğuldur. Etdiyi oğurluqlardan bəzilərini müşahidə kameraları lentə alınıb.  Kadrlardan görünür ki, şübhəli şəxs telefonla danışan şəxsi təqib edir, sonra arxadan ona yaxınlaşır və cinayət əməlini törədir.

Saxlanılandan sonra müəyyən olunub ki, metrodakı əməllindən başqa yerlərdə də oğurluq edib. Bu il martın 4-də metronun “Neftçilər” stansiyasında Şəki rayon sakini Maral Əhmədovanın əl çantasından, mayın 3-də 100 saylı xətt avtobusunda Bakı şəhər sakini Yusif Əliyevin, dekabrın 6-da metronun “Koroğlu” stansiyasında Bakı şəhər sakini, Tərlan Kərimovanın, dekabrın 8-də metronun 28 May stansiyasında Bakı şəhər sakini, Həmid Rəhimlinin mobil telefonlarını ciblərindən oğurlayıb: "Metropoliten basırıq olduğundan, onun əməlini törətməsi üçün əlverişli şərait yaranıb".

Bu şəxsi görüb tanıyanların Metropoliten polisinə müraciət etmələri xahiş olunur.

Saxlanılan şəxslə bağlı araşdırma aparılır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının 1-ci gününün duası - AUDİO

13

Aprel
20:00
MƏNƏVİYYAT
241

Ramazan ayının 4 adı

13

Aprel
18:00
MƏNƏVİYYAT
254

Robert Koçaryan koronavirusa yoluxub

13

Aprel
15:54
DÜNYA
257

Bitkoin qiyməti rekordlar qırır

13

Aprel
15:27
BÖLMƏNİ DÜZ SEÇ!
332

RAMAZAN yağışında islana biləcəyikmi?

13

Aprel
15:10
MƏNƏVİYYAT
262

Sabah hava küləkli olacaq

13

Aprel
14:18
ÖLKƏ
299

Zərif Lavrova təşəkkür etdi

13

Aprel
12:16
DÜNYA
501

Azərbaycan nefti bahalaşıb

13

Aprel
10:29
İQTİSADİYYAT
417
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-04-2021 06:22





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru