Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Dekabr

2014
09:59
Bakıda 9 nəfəri xəstəxanalıq edən yol polisi işdən qovuldu

Ötən ay Bakıda ağır qəza törətmiş yol polisi əməkdaşı barədə yeni məlumatlar var. Aznews.az-a daxil olan xəbərdə bildirilir ki, 9 nəfərin xəsarət aldığı qəzanı 10 YP 442 nömrəli yol polisi avtomobilini idarə edən Zaur Rzayev adlı polis əməkdaşı törədib. Aidiyyəti qurumlar məsələni araşdırdıqdan sonra, qəza törədən yol polisi əməkdaşının günahı tam sübuta yetirilib və o vəzifəsindən azad olunub.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov açıqlamasında deyib ki, qəza törədən yol polisi əməkdaşının işdən çıxarılması təbiidir: “Konkret olaraq əgər deyirlər ki, Zaur Rzayev işdən çıxarılıb, deməli, o, hər hansı bir nöqsana yol verib. Yol nəqliyyat hadisəsi törətməyin özü nöqsandır. Ancaq bu faktı yenə dəqiqləşdirmək lazımdır. Məzuniyyətdə olduğuma görə, heç nə deyə bilmərəm, dəqiq informasiyam yoxdur. Ancaq əmin ola bilərsiniz ki, hər bir polis əməkdaşı hər hansı bir nöqsana yol verirsə, dərhal xidməti araşdırılma aparılır və ona fəaliyyətilə bağlı qiymət verilir və mütləq cəzalandırılır. Cəzası da hətta, işdən azad olunmaya qədər olur. Biz hər halda hərbiləşdirilmiş bir sistemlə fəaliyyət göstəririk. Sözsüz ki, kim ki, fəaliyyətində nöqsana yol verirsə, yol verdiyi nöqsana uyğun cəzalandırılır”.

Qeyd edək ki, hadisə noyabr ayının 7-də səhərə yaxın Bakının mərkəzində, Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb. 10 YP 442 dövlət nömrə nişanlı yol polisi maşını motosikleti qovarkən içi sərnişinlə dolu “Ford” avtomobilinə dəyib. Zərbənin təsirindən “Ford” səkiyə çırpılıb. Nəticədə sərnişinlərdən 7 nəfər yaralanıb. Dövlət yol polisinin əməkdaşlarının da xəsarət aldığı deyilir. Bütün yaralılar təcili olaraq xəstəxanaya aparılıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3873

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2795

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2237

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1887
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-04-2020 09:19



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru