Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Dekabr

2014
09:27
DİN-dən polisin ağır qəzasıyla bağlı açıqlama - FOTO

Post Patrul Xidməti avtomobilinin ağır qəza törətməsi xəbərinə Daxili İşlər Nazirliyi aydınlıq gətirib. 

Qurumun mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə aznews.az-a bildirib ki, yazı dərc edildikdən sonra həmin məsələ araşdırılıb və məlum olub ki, hadisə oktyabr ayının 30-da gecə saatlarında baş verib: “Nəsimi Rayon Polis İdarəsinə məxsus olan PPX avtomobili xidmət apararkən səkiyə çırpılıb”.

Daxili İşlər Nazirliyinin rəsmisi əlavə edib ki, həmin hadisə yazıda qeyd olunduğu kimi heç də gizlədilməyib, əksinə, dərhal sənədləşdirilərək, araşdırılıb və nəticələr barədə aidiyyəti orqanlara məlumat verilib”. 

Orxan Mansurzadə vurğulayıb ki, yazıda qeyd edilən “Polislərə yol hərəkəti qaydalarını pozmasına görə heç bir cəza verilmir” fikri həqiqəti əks etdirmir:

“Zəruri olan halda, hansısa əməliyyat zamanı polislərin yol hərəkəti qaydalarını pozması hallarına ola bilsin ki, rast gəlinsin - qanun buna imkan verir. Lakin polis qəza törətdiyi halda və ya polisin səhvi ucbatından hansısa bir yol-nəqliyyat hadisəsi baş verirsə bunun gizlədilməsi, qeydiyyata salınmaması mümkün deyil və bu barədə deyilənlərin heç bir əsası yoxdur”.

DİN rəsmisinin münasibət bildirdiyi xəbəri olduğu kimi təqdim edirik:

Son dövrlər polis əməkdaşlarının qəza hallarına tez-tez rast gəlinir. 

Polis əməkdaşlarının törətdikləri qayda pozuntularına görə cəzalanmaması, belə qəzaların artmasına səbəb olur. Onlar çox vaxt sürət həddini gözləmədən, yol nişanlarına məhəl qoymadan avtomobili idarə edirlər. Elə buna görədir ki, təkcə son ayda ona yaxın polis əməkdaşlarının iştirakı ilə baş verən qəzalar barədə məlumat vermişik. Hələ o da bəllidir ki, polislərin törətdikləri qəzalar aidiyyəti qurumlar tərəfindən mümkün qədər gizlədilir, rəsmiləşdirilmir. 

Dünən aznews.az-ın əməkdaşı belə faktlardan daha birinin şahidi olub. Təmir sexlərindən birində saxlanılan Post Patrul Xidməti avtomobili tam deformasiyaya uğramış, yararsız vəziyyətdə olub. Qəzanın baş vermə səbəbi və tarixi məlum olmasa da, avtomobilin vəziyyəti qəzanın nə qədər ağır olduğundan xəbər verir. Belə ağır qəzada hər hansı itkinin ola biləcəyi də istisna deyil. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti bahalaşıb

16

Aprel
11:31
İQTİSADİYYAT
105

Ramazan ayı özünü qaydaya salmaq ayıdır

16

Aprel
11:20
MƏNƏVİYYAT
105

DYP-dən sürücülərə MÜRACİƏT

16

Aprel
11:13
ÖLKƏ
405

Xalq artisti Eldar Quliyev vəfat edib

16

Aprel
10:59
ÖLKƏ
300

Neft yenidən bahalaşıb

16

Aprel
09:45
İQTİSADİYYAT
247

İsrail Qəzzanı bombaladı - VİDEO

16

Aprel
09:35
DÜNYA
285

AMB-nin valyuta məzənnələri

16

Aprel
09:23
İQTİSADİYYAT
225

Ramazan ayının 3-cü gününün duası - AUDİO

15

Aprel
20:00
MƏNƏVİYYAT
321

ABŞ-ın dövlət katibi İraqa gedib

15

Aprel
15:59
DÜNYA
482

"Türk Hava Yolları" Rusiyaya uçuşları dayandırıb

15

Aprel
15:30
BÖLMƏNİ DÜZ SEÇ!
421
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-04-2021 12:38





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru