Bakıda küçənin ortasında sellofan torbada silah-sursat aşkarlandı

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Dekabr

2014
09:09
2775
Bakıda küçənin ortasında sellofan torbada silah-sursat aşkarlandı

Bakının Binəqədi rayonunda sellofan torbada istifadəyə yararlı silah-sursat tapılıb. Ötən axşam Binəqədi rayonu, Azadlıq prospekti, 189 ünvanında sellofan torbada silah-sursatın küçənin ortasına qoyulması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin 112 "qaynar xətti"nə məlumat daxil olub.

Dərhal nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

FHN-in mütəxəssisləri aşkarlanmış torbaya baxış keçirərkən 1 ədəd tapança, 11 ədəd avtomat gülləsi və 2 ədəd istifadəyə yararlı əl-qumbarası aşkar ediblər.

Mütəxəssislər tərəfindən əraziyə təkrar baxış keçirilib və digər partlayış təhlükəli əşya aşkar edilməyib. Faktla bağlı araşdırma aparılır.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-08-2018 02:57



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com