Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Dekabr

2014
15:07
Tutduğu vəzifəyə yararsız hesab edilən polis rəisi qovuldu

Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə yeni təyin olunan Mirqafar Seyidovun təqdimatı ilə aparılan kadr islahatları, daha doğrusu, yüksək vəzifəli şəxslərin işdən azad edilməsi prosesi davam edir. 

"FaktXəbər" AzNews.az-a istinadən xəbər verir ki, bu gün Nizami Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsini rəisi Səid Seyidov tutduğu vəzifəyə yararsız hesab edilərək, işdən azad edilib. Maraqlıdır ki, S.Seyidov bu vəzifəyə cəmi bir ay əvvəl- Mirqafar Seyidov BŞBPİ-yə rəis gələndən sonra təyin edilib. Onun vəzifədən belə qəfil çıxarılmağı gözlənilməz olub. 

Qeyd edək ki, Seyidov Səid Adil oğlu əvvəllər Baş Mütəşəkkil Cinayətkarlığa qarşı baş idarədə çalışıb. O, vaxtilə Prezident tərəfindən “İgidliyə görə” medalı ilə təltif olunub.

Xatırladaq ki, iki gün öncə BŞBPİ-nin 5-i rəis olmaqla 9 əməkdaşı işdən çıxarılıb. Onlara qarşı ağır ittihamlar irəli sürülüb.

Qeyd edək ki, bu son bir ayda Nizami rayon Polis İdarəsi ilə bağlı mediada çıxan ikinci səs-küylü məlumatdır. Ötən ayın sonlarında general-mayor Mirqafar Seyidov qəfildən sözügedən rayonun 25-ci polis şöbəsinə gedərək bölmənin əməkdaşlarını avtobuslara mindirib Narkoloji Dispanserə aparmışdı.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3868

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2795

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2227

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1887
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-04-2020 05:55



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru