Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Dekabr

2014
09:50
Kim Çen In barəsində qalmaqallı filmin təqdimatında terror xəbərdarlığı - VİDEO

FaktXəbər-in verdiyi məlumata görə, hakerlər Hollivudun «İntervyu» bloqbasterinin təqdimat günü terror törədəcəkləri barədə xəbərdarlıq ediblər.

«Tezliklə bütün dünya Sony Pictures Entertainment-in nə dərəcədə dəhşətli film yaratdıqlarını görəcək. 2001-ci ilin 11 sentyabrını xatırlayın. Bu günlərdə insanlara kütləvi yerlərdən uzaq durmağı məsləhət bilirik. Əgər yaxınlıqda yaşayırsınızsa, həmin günü evinizi tərk edin». Kiber cinayətkarların  bu qorxulu hədəsini Variety nəşri dərc edib.

Məşhur aktyorlar Ceyms Franko və Set Roqen filmdə Amerikanın reytinqli şousunun  aparıcısı rolunda iştirak edirlər. Senariyə görə, onlar  Şimali Koreya liderindən müsahibə almaq şansı əldə edirlər. Getməmişdən öncə MKİ onları ələ keçirir  və qarşılarında  Kim Çen Inı yox etmək tapşırığını qoyur.

Qeyd edək ki, hədələrdən sonra filmin həm də senari müəllifi və rejissoru olan Franko ilə Roqen bütün mətbuat konfranslarını təxirə salıblar və heç bir kütləvi  tədbirlərə getmirlər.

Yeri gəlmişkən bildirək ki, bu film artıq beynəlxalq reaksiyaya səbəb olub. Sony arxivlərinin hakerlər tərəfindən dağıdıldığı bildirilir. Onlar  katoliklərin milad bayramı gününə təsadüf edən filmin premyerasında terror aktı törədəcəklərinini bildiriblər.

FaktXəbər-in verdiyi məlumata görə, o da məlum olub ki, Şimali Koreya hökuməti Kim Çen Inın  ölümü maksimum dərəcədə təbii təsvir edildiyi filmin finalının dəyişməsini tələb ediblər. KXDR bunu ölkənin ali rəhbərinin  təhqiri və hərbi  aksiya kimi dəyərləndirib, cavab olaraq  isə ən qəti əks-tədbir görəcəklərini vəd ediblər.

Yaponiya kompaniyasının rəhbərliyi bu sözlərə çox ciddi yanaşaraq  filmin ssenarisində dəyişiklik edilməsini tələb edib. Lakin Sony kompaniyasının rəhbəri  Kadzuo Xirainin tələblərinə Set Roqet qəti imtina ilə cavab verib: «İndi bu film amerikalıların şimali koreyalıların sevindirmək üçüe öz filmlərinin sernarisini dəyişmə hekayəsidir».

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Mədəniyyət Naziri təyin olunub?

03

İyun
15:23
ÖLKƏ
96

Sabah Bakıda 27 dərəcə isti olacaq

03

İyun
13:44
ÖLKƏ
190

Azərbaycanda zəlzələ oldu

03

İyun
13:20
ÖLKƏ
224

Teledərslərin başa çatacağı tarix açıqlanıb

03

İyun
11:57
ELM / TƏHSİL
236

AzTV-nin operatoru karantinə alındı

03

İyun
10:57
ÖLKƏ
453

Cəlilabadda 9-cu sinif şagirdi çayda boğulub

03

İyun
10:00
HÜQUQ,HADİSƏ
290

Xarici valyutaların manata qarşı məzənnələri

03

İyun
09:29
İQTİSADİYYAT
306
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-06-2020 15:34





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru