Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Dekabr

2014
21:35
Adımızın taleyimizə hansı təsirləri var?

Uşaqlara ad seçərkən adın gözəlliyindən çox, uşağın taleyinə necə təsir edəcəyini öyrənmək lazımdır.

Adlar da geyim kimidir, bəziləri insana tam uyğun olur, bəziləri böyük, bəziləri kiçik. Ümumiyyətlə, adların insan taleyinə böyük təsirinin olduğu deyilir. Belə ki, ad daşıdığı məna ilə insan həyatına təsir edir. Çünki adların yarandığı hərflər hərəsi ayrılıqda bir məna daşıyır.

Hərflərin sözlərə və adlara, ümumiyyətlə, bütün varlıqlara təsirini öyrənən elm huruf adlanır. İnsan adının taleyinə təsiri mövzusu ilmi hurufun əsas istiqamətidir.

Qədim Misirdən Roma İmperatorluğuna qədər bütün cəmiyyətlər elmi hurufla yaxından maralanıblar. Romalılar "nomen est omen" yəni "adımız taleyimizdir" deyəcək qədər qəti bir inanca sahibdilər. 

Məhəmmməd Peyğəmbər (s) buyurub ki, "övladlarınızı gözəl adlarla adlandırın ki, onlar gözəl insan olaraq xatırlansınlar".

Azərbaycanda doğulan oğlan uşaqlarına verilən adlardan ən populyarı Yusifdir. Belə ki, bu ad 541 körpəyə verilib. İkinci yerdə Hüseyn (344), üçüncü yerdə isə Əli (325) adıdır. Bu barədə Ədliyyə Nazirliyindən bildirilib. Məlumata görə, qız uşaqlarına ən çox verilən ad isə Zəhradır. Bu ad 459 qız uşağına qoyulub. Digər ən çox verilən adlar isə Nuray və Fatimədir. Belə ki, 353 nəfərə Nuray, 301 nəfərə isə Fatimə adı verilib.

Mütəxəssisin sözlərinə görə, uşaqlara ad seçərkən adın gözəlliyindən çox, uşağın taleyinə necə təsir edəcəyini öyrənmək lazımdır. Bunun üçün uşağın adındakı hərflərin ədədi düzülməsi, hərf sayı, adın içindəki nöqtəli və işarəli hərflərin olmasına diqqət yetirmək və ata-ananın adıyla uyğun olmasına önəm vermək lazımdır. Həmsöhbətimiz bildirir ki, adlarda olan hərflər təkcə insanın taleyinə deyil, sağlamlığına da təsir edə bilər. „Əgər adda "a" hərfi çoxdursa, qan dövranı ilə bağlı xəstəliklər, "e" hərfi çoxdursa, boğaz yollarıyla bağlı xəstəliklər çox olur. "R" və "t" kimi sərt hərflərlə bitən adlı insanlar sərt insanlar olur.

Ekspertə görə, əslində heç bir hərfə yaxşı və ya pis demək doğru deyil. Çünki hamısı enerji dəyərləri daşıyır. Bu enerjilərin yarısı müsbət, yarısı mənfidir. Amma bəzi hərflərin daha ağır tale yaşatdığını bilirik. Məsələn ü, ö, ğ bir az çətin hərflərdir. İnsan istədiyi zaman adını dəyişərsə, bu, onun taleyinə təsir edə bilər.

İslam dinində də insanlara gözəl ad seçilməsi böyük əhəmiyyət daşıyır. Yeni doğulan uşağa qısa bir müddət ərzində gözəl bir ad qoymaq ana və ataların ən əhəmiyyətli vəzifələrindəndir. Uşağa qoyulan ad həm bu dünyada, həm də axirətdə etibarlıdır. 

Peyğəmbərimizin insanlara məsləhət gördüyü adlar arasında Abdullah, Əbdürrəhman, Məhəmməd, Həsən, Hüseyn, Aişə, Fatimə, Zeynəb, Xədicə, Zəhra adları var.

Seçim insanın əlindədir. Kim nəyi seçərsə, onu da yaşayar. Odur ki, övladlarınıza ad verərkən gözəl adlar seçin ki, həyatları gözəl keçsin...

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dərsliklər təhvil verilmə vaxtı məlum oldu

02

İyun
17:31
ELM / TƏHSİL
245

İyunun 3-də dolların manata qarşı məzənnəsi

02

İyun
17:23
İQTİSADİYYAT
192

DİN metrodakı hadisə ilə bağlı açıqlama verdi

02

İyun
16:58
HÜQUQ,HADİSƏ
268

Masallının prokuroru işdən çıxarıldı

02

İyun
16:18
HÜQUQ,HADİSƏ
282

Salyanda avtomobil yolu yenidən qurulur

02

İyun
14:45
NƏQLİYYAT
242

Taliban lideri koronovirusdan ölüb

02

İyun
13:13
DÜNYA
523
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-06-2020 02:47





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru