Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Dekabr

2014
20:09
Taksi sürücüsünü 3 manata görə öldürüblər- Şamaxıda - VİDEO

Şamaxıda taksi sürücüsünü xüsusi işgəncə ilə qətlə yetirən şəxslər Zaqatalada yaxalanıblar. 

Dekabrın 15-də Bakı-Şamaxı-Yevlax yolunun Şamaxının Muğanlı qəsəbəsi ərazisindən keçən hissəsində Füzuli rayon sakini, hazırda Bakının Maştağa qəsəbəsində müvəqqəti məskunlaşan 1988-ci il təvəllüdlü Qurbanov Ceyhun İmaş oğlunun meyiti tapılıb. Keçirilən əməliyyatla taksi sürücüsünü qətlə yetirən Zaqatala rayon sakini Süleymanov Mark Abil oğlu və Ağdam rayon sakini, 1983-cü il təvəllüdlü Qasımov Pərviz Ələmdar oğlu tutulub. Onlar Mark Süleymanovun atasının Zaqatalanın Qandıx kəndindəki evində yaxalanıblar. 

Təqsirləndirilən şəxslər ilkin ifadələrində sürücünü onları təhqir etdiyi üçün qətlə yetirdiklərini deyiblər. Məlum olub ki, onlar mərhumun şalvarının cibindəki 3 manat pulu götürüblər. Sürücünün meyitini taksi kimi istifadə etdiyi 99-AY-869 dövlət nömrə nişanlı, “Azsamand” markalı minik avtomobilinin yük yerinə qoyaraq, maşını dərəyə aşırıblar. Ceyhun Qurbanov öz maşını ilə onları Zaqatalaya aparırmış.

Qeyd edək ki, Ceyhun Qurbanovun kəndirlə boğulduğu, ürək və qarın nahiyələrinə kəsici və deşici alətlə xəsarətlər yetirildiyi və başından travma aldığı müəyyən edilib.

Faktla bağlı istintaq davam edir./apa

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
20022

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
18632

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
19967

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
19548

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
25086

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
19541

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
19691
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-08-2020 14:21





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru