Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Dekabr

2014
11:15
1155
Prezident “Qarabağ”ın heyəti ilə görüşəcək

“Qarabağ”ın Avro Liqada üzləşdiyi ədalətsizlik dünya idman mediasında bir nömrəli müzakirə mövzusuna çevrilib. Milan “İnter”i ilə görüşdə son saniyələrdə vurulan qolun hesaba alınmaması və Ağdam təmsilçisinin növbəti mərhələyə qapılarının bağlanması kəskin etirazlarla qarşılanıb. 

Demək olar ki, tanınmış futbolçular, baş məşqçilər bu haqsızlığa mövqeyini bildirib. Paralel olaraq, klub rəhbərliyi hüquqi mübarizəni davam etdirir. 

Belə ki, “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəlin UEFA-nın yarışlar üzrə direktoru Corco Marketti ilə görüşünün vaxtı müəyyənləşib.  T.Gözəl dekabrın 17-də İsveçrəyə yollanaraq Marketti ilə bir araya gələcək. 

Vitse-prezident Ağdam klubunun rəsmi saytına açıqlamasında bu sözləri deyib: “Nəticədən asılı olmayaraq, futbolun ürəyi olan UEFA-ya gedəcəyəm. Orada qapalı və ya açıq görüşdə həmin epizoda onlarla birgə baxacağam və ”Qarabağ"a qarşı haqsızlıq edildiyini onların dilindən eşidəcəyəm".

Qeyd edək ki, 90+4-cü dəqiqədə təmiz qolunun sayılmaması ilə bağlı “Qarabağ” UEFA-ya şikayət məktubu ünvanlayıb. 

UEFA-dan hələ ki heç bir cavab gəlməyib. Klubun türkiyəli vəkili Gurur Günal məlumat verib ki, həm matçın vaxtından əvvəl yekunlaşdırılması, həm də qolun hesaba alınmaması ilə bağlı UEFA-ya şikayət olunub: “Ancaq UEFA-nın İntizam Komitəsi hakimin qərarının müzakirə edilməyəcəyini bildirir. Ona görə də yalnız hakimin xəta etdiyini qəbul edə bilər”. 

Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siqqib də çexiyalı baş hakim Miroslav Zelinkanın qərarına təəssüflənib.  Səfir bu barədə bunları deyib: “Oyunu ”Qarabağ"ın vitse-prezidenti Tahir Gözəllə birgə izləyirdim. Maraqlı oyun keçdi. Lakin matçın sonlarında qolun qeydə alınmaması bizi çox təəssüfləndirdi". 

Səfir təmiz qolu sayılmayan “Qarabağ”a əlindən gələn köməyi etməyə hazır olduğunu vurğulayıb: “Qarabağ” və klubun baş sponsoru bizim dostumuzdur. Lazım gələrsə, bir səfir kimi əlimdən gələni əsirgəmərəm".

Türkiyənin ulduz futbolçusu, “Atletiko”da top qovan Arda Turan da məsələyə biganə yanaşmayıb. A.Turan şəxsi hesabından “Qarabağ”lılara belə mesaj yollayıb: “Hakim tərəfindən 3 xalı zorla əlindən alınan ”Qarabağ"lı qardaşlarımızın üzüntülərini paylaşırıq". 

“AzərFax”ın (AFA) əməkdaşının apardığı araşdırma nəticəsində isə məlum olub ki, “Qarabağ”ın ədalətsizliklə üzləşdiyini Ermənistanın idman saytları da yazıb. Diqqətçəkən məqam odur ki, bu xəbərlərdə komandanın adı təmsil etdiyi ölkənin adı ilə yanaşı çəkilir. Əvvəllər “Qarabağ”la bağlı UEFA xəbərlərindən belə ölkəmizin adını çıxaran erməni saytları artıq komandamızı “Qarabağ”-Azərbaycan" kimi təqdim edir. 

Armfootball.com, news.am kimi saytlar “Qarabağ”ın üzləşdiyi haqsızlığa görə UEFA-ya şikayət edəcəyinə dair xəbərləri də yayımlayıblar. Qurban Qurbanovun fotoları ilə yayımlanan bu xəbərlərdə də qeyd olunur ki, Azərbaycan klubunun italyanların qapısından keçirdiyi qol çexiyalı hakim tərəfindən qeydə alınmayıb. 

Bəzi iddialara görə, çexiyalı hakim pulla alınıb. Belə ki, İqor Kolomoyski “Dnepr”in sahibi və Ukraynanın məşhur iş adamlarından biridir. O, milliyyətcə yəhudidir. Məlumata görə, yəhudi oliqarxın UEFA ilə əlaqələri çox güclüdür. 

Onu da deyək ki, “Qarabağ”ın Avropada uğurlu çıxışına ölkə rəhbərliyi biganə qalmayacaq. Prezident İlham Əliyev Ağdam klubunu qəbul edəcək. Görüş yaxın günlərdə keçiriləcək. “Qarabağ” dövlət başçısı ilə görüşə tam heyətlə qatılacaq./musavat.com

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Qalatasaray" ilk transferini etdi

21

May
13:00
İDMAN
36

Babək prospektində yol çökdü - FOTO

21

May
12:51
HÜQUQ,HADİSƏ
737

Bu rüsumlar artırılır - SİYAHI

21

May
12:41
HÜQUQ,HADİSƏ
46

Axtarışda olan 28 nəfər saxlanıldı

21

May
12:33
HÜQUQ,HADİSƏ
34

Valideynlərə XƏBƏRDARLIQ

21

May
11:50
AİLƏ, SAĞLAMLIQ
115

Ağdaşda 1 tona yaxın narkotik məhv edildi

21

May
11:22
HÜQUQ,HADİSƏ
1860
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 13:09



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru