Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Dekabr

2014
09:15
1340
Sürücü telefonda klipə baxır, köməkçi sürət qutusunu dəyişir, siqnal verir - BAKIDA - VİDEO

Bu günə kimi telefonla danışan, çay içən və nəqliyyat idarə edə-edə müxtəlif fəaliyyət növlərilə məşğul olan sürücülər görmüşdük. Ancaq bu dəfə sürət qutusunu dəyişmək üçün yanına köməkçi götürən sürücüyə də rast gəldik. Hadisə 10 TG 735 dövlət nömrə nişanlı 18 saylı avtobusda qeydə alınıb. Sürət qutusu digəri tərəfindən dəyişdirildiyi halda sürücü yol boyu telefonla danışır.

Bir müddət sonra köməkçi sürət qutusunu dəyişməklə kifayətlənmir. Həm də siqnala basaraq sürücüyə əlavə xidmət göstərir.

Qayda pozuntuları bununla da bitmir. Telefonda klipə baxan və oynamaq üçün oyun axtaran sürücü ilə onun pulyığanı arasında anlaşmazlıq yaranır.

Nəhayət telefonda maraqlı nə varsa, hər ikisini cəlb edir və birlikdə mobil cihazı araşdırmağa başlayırlar, avtobus isə özü irəliləyir.

Hadisə ilə əlaqədar Nəqliyyat Nazirliyindən bildirildi ki, bu kimi hallar yolverilməzdir. Məsələ araşdırılacaq, həmin avtobus xəttinin sahibkarı ilə danışılacaq və tezliklə müvafiq tədbirlər görüləcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Rusiya gəmisi səhvən SOS siqnalı verib

22

Oktyabr
15:54
DÜNYA
40

Alma, çuğundur, kök qarışığının möcüzəvi faydası

22

Oktyabr
15:12
AİLƏ, SAĞLAMLIQ
300

İran səfirinin qızı Moskvada ölüb

22

Oktyabr
14:48
DÜNYA
132

Azərbaycanda yeni medal təsis edilib

22

Oktyabr
14:31
ÖLKƏ
60

Portağalın qiyməti bizdə niyə BAHADIR?

22

Oktyabr
14:01
İQTİSADİYYAT
123

MSK-ya yeni üzv təyin edilib

22

Oktyabr
12:53
ÖLKƏ
52
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-10-2019 22:39



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru