Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Dekabr

2014
11:42
İşıqfora baxmayan `Mersedes`in sürücüsü `07`yə belə çırpıldı - VİDEO

Görüntülər Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınıb. Hadisə Nərimanov rayonu ərazisində – 5 nömrəli şəhər kliniki xəstəxanasının qarşısındakı svetoforda baş verib. Svetoforun qırmızı işığının yandığını görən «VAZ-2107» markalı avtomobilin sürücüsü qəflətən avtomobili saxlayır. Bu zaman arxadan yüksək sürətlə gələn «Mersedes» ona çırpılır. Zərbə o qədər güclü olur ki, «07» bir neçə metr irəli atılır və baqajı yoğrularaq əcaib formaya düşür.

Əslində, bu cür situasiyalar tez-tez baş verir. Sadəcə, nəzərə almaq lazımdır ki, işıqforun işığı sayrışırsa arxada gələn avtomobilin sürücüsü qarşıdakı nəqliyyat vasitəsinin hərəkətlərini diqqətlə izləməlidir. Ən azından tormoz işıqlarına baxmaq kifayət edər ki, qarşıdakı maşının dayanıb-dayanmayacağını müəyyən edəsən. Bu cür vəziyyətlərdə ehtiyatlı olmaq, sayrışan işıqfora yaxınlışanda sürəti artırmaq əvəzinə azaltmaq lazımdır. Xüsusən də qarşıda maşın varsa, sürəti dərhal azaltmaq lazımdır. Çünki qarşıdakı maşının bu videodakı kimi qəfil dayanacağını nəzərə almaq lazımdır./avtosfer

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
15117

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
13772

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
15170

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
14789

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
20140

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
14674

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
14783
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-08-2020 22:29





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru