Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Dekabr

2014
14:46
Sürücülərə yolları göstərəcək SMS-lər pullu olacaq

Azərbaycanda yolların müvəqqəti bağlanmasına dair SMS məlumatlandırma qaydaları təsdiqlənib.
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən FaktXəbər-ə verilən məlumata görə, Nazirlər Kabineti “Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı SMS məlumatlandırma Qaydaları”nı təsdiqləyib.
 
Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı məlumatların qısa mesaj (SMS) vasitəsilə göndərilməsi üzrə xidmətlər elektron formada göstərilir. Həmin məlumatlar müvafiq xidmətə abunə olmaq və ya SMS sorğu göndərməklə əldə edilir.
 
Həmin məlumatların SMS vasitəsilə göndərilməsi üzrə xidmətlər ödənişlidir. Aylıq abunə haqqı və bir SMS-in qiyməti Nəqliyyat Nazirliyi ilə sellülar (mobil) telekommunikasiya operatorları arasında bağlanmış müqavilə ilə müəyyən olunur.
 
Sözügedən xidmət nazirliyin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən təmin edilir.
 
Qeyd edək ki, yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı məlumatların tərkibini Nəqliyyat Nazirliyinin balansında olan respublika və yerli əhəmiyyətli, habelə Bakı şəhərində yerləşən avtomobil yollarında və küçələrdə yenidən qurulma və təmir, dövlət tədbirlərinin keçirilməsi və qəzaların olması kimi hallar təşkil edir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
15117

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
13772

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
15165

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
14789

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
20140

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
14669

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
14778
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-08-2020 22:26





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru