Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Dekabr

2014
13:54
3232
“WhatsApp”da mesaj yazan sürücü azyaşlını belə vurdu - VİDEO

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Maliyyə Dəstəyi ilə sükan arxasında olarkən mobil telefondan istifadə zamanı baş verə biləcək faciələrə həsr olunmuş sosial çarx hazırlanıb.

Sosial çarxın əsas mahiyyəti ondan ibarətdir ki, sükan arxasında mobil telefonla danışmaq sürücülərin və ətrafdakıların həyatı üçün təhlükəlidir.

Sosial çarxda oğlan işdə iclas olduğu üçün xanımla təyin etdiyi görüşə gecikir. Bu zaman xanım telefon vasitəsi ilə ona narazılığını bildirməyə başlayır:

“Sənin üçün bizim münasibətimiz həmişə adi olub, mən səni gözləyirəm, sən isə hələ də işdəsən”. 

Oğlan iclasdan birtəhər çıxır və mobil telefonla qıza bildirir ki, o artıq yoldadı, çatır. Xanım oğlandan inciyir və onun yazılarına cavab vermir.

Sosial çarxın qəhrəmanı buna görə həyəcan keçirir və avtomobili idarə edərək mobil telefondan istifadə edib xanımın ona cavab verməsi üçün yazılar göndərir. Sürücünün bütün diqqəti xanımla aralarında mübahisəni aradan qaldırmasına yönəldiyi üçün o piyada keçidindən keçən gənc qızı gec görür. 

Sürücü xanımın cavab verməsinə nail olsa da, qızcığazın həyatına son qoyur.

Qeyd edək ki, cari ilin 11 ayı ərzində paytaxt ərazisində 850 yol qəzası baş verib. Nəticədə 290 nəfər ölüb, 861 nəfər xəsarət alıb. Baş verən qəzaların 51%-i piyadaların vurulması ilə nəticələnib.

Məlumat üçün bildirək ki, sosial çarxın rejissoru Elvin Abdullayevdir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan əhalisinin gəlirləri artıb

20

Avqust
09:50
İQTİSADİYYAT
1854

Xarici valyutaların manata qarşı məzənnələri

20

Avqust
09:28
İQTİSADİYYAT
353

Brent nefti bahalaşıb, WTI isə ucuzlaşıb

20

Avqust
09:20
İQTİSADİYYAT
705

Dinimizin kamil olduğu gün - Qədir-Xum Bayramı

19

Avqust
18:43
MƏNƏVİYYAT
318

Günün qarşılaşmaları TV AFİŞA

19

Avqust
16:31
İDMAN
1018

Vilayət Eyvazov yeni polis rəisi təyin edib

19

Avqust
16:23
HÜQUQ,HADİSƏ
232
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-08-2019 11:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru