Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Dekabr

2014
12:36
3602
Yol polisi sürücüyə sübut edə bilmədi - VİDEO

Sosial şəbəkələrdə dövlət yol polisi əməkdaşı ilə sürücü arasında mübahisəni əks etdirən video yaranıb. Əksəriyyəti bu videonu paylaşaraq yol polisini törətdiyi xətanı sürücüyə sübut edə bilməməkdə günahlandırır. Lakin yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun bu videoya verdiyi şərhdən məlum olur ki, əslində, elə sürücünün də böyük və kobud səhvləri var. Video yay aylarında çəkilsə də «Youtube» sosial şəbəkəsinə dekabrın 9-da Fəzail Allahyarov tərəfindən yerləşdirilib. Burada sürücünün yol polisləri ilə kobud davranışı və bir növ hədə-qorxu dolu sözləri də diqqətdən yayınmamalıdır.

Ərşad Hüseynovun Avtosfer.a- bu video ilə bağlı yazdığı şərhi təqdim edirik: «Videoya diqqətlə baxdım. Sürücü və DYP əməkdaşı arasındakı dialoqdan belə məlum olur ki, DYP əməkdaşları sürücünü yolun əks istiqamətli hərəkət zolaqlarını ayıran bütöv tək xətti (1.1 nişanlanmasını) kəsərək ötmə manevri etməkdə təqsirləndirmək istəyirlər. Əgər belədirsə, dialoqdakı personajların hər ikisi kobud səhvə yol verirlər. Sürücü iddia edir ki, yalnız ötməni qadağan edən 3.20 nişanı olduqda qaydaları pozmuş hesab edilə bilər. DYP əməkdaşı isə yanlış olaraq sürücünün həmin əməlini ötmə qaydalarını pozma kimi deyil, bütöv nişanlanma xəttinin sol tərəfinə keçməklə əks istiqamətdə hərəkətini davam etdirmə kimi qiymətləndirilməyə cəhd edir. Yəni o, sürücünü faktiki olaraq İnzibati Xətalar Məcəlləsinin 60 manat cərimə və 3 bal nəzərdə tutulan 151.2-ci maddəsi ilə deyil, 100 manat və 4 bal nəzərdə tutulan 151.3-1-ci maddəsi ilə məsuliyyətə cəlb etmək istəyir. Digər tərəfdən, videoda hər iki tərəfin çox primitiv və yol hərəkəti qaydalarından uzaq söhbətinin şahidi oluruq. Özü də aşkar görünür ki, hüquqi hazırlığı zəif olan DYP əməkdaşı “Yol-patrul xidməti haqqında” Təlimatda nəzərdə tutulan bəzi xırdalıqları da icra etmir. Sürücü isə onun bu zəifliyini görərək bundan yararlanmağa çalışır. Nəticədə hazırlığı zəif olan, adi terminləri ifadə edə bilməyən DYP əməkdaşı geri çəkilməli olur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda taxta bazarı yanır - FOTO - VİDEO

22

Avqust
16:30
HÜQUQ,HADİSƏ
278

Baş prokuror Qubada vətəndaş qəbulu keçirəcək

22

Avqust
16:01
HÜQUQ,HADİSƏ
168

Bərdədə top mərmisi tapılıb - FOTO

22

Avqust
15:18
HƏRB
252

Tofiq Yaqubluya Prokurorluqda xəbərdarlıq edilib

22

Avqust
14:20
HÜQUQ,HADİSƏ
185

Bakıda itkin düşən qız tapılıb

22

Avqust
14:12
HÜQUQ,HADİSƏ
197

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

22

Avqust
12:40
HÜQUQ,HADİSƏ
180

Azərbaycan nefti bahalaşıb

22

Avqust
12:08
İQTİSADİYYAT
201
Şərhlər
M.Z. tərəfindən 13-12-2014 18:05:30 tarixində yazıldı
Ershad Huseynov
Ershad Huseynovun sherhinden sonra men bele gerara geldim ki, ele Ershad Huseynov da huquqi cehetden hazirliqsiz ve zeifdir. Chunki, surucunun danishigindan da basha dusahmek olur ki, burda eks istiqamete chixib, otme emeliyyatindan sohbet getmir. Burada hansiki, Nobel prospektinde de var, 4 zolaqli Yolda yerleshdirilen duz xettdden sohbet gedir. Ve Eger bu Yolda duz xett tapdalanaraq diger terfe kecherek otme emeliyyati heyata kechirse, Burada hech bir qanuna uygunsuzluq yoxdu. Yeni surucu tam haqqlidir. Surucunun de bu sohbetde hech bir sehvi yoxdur. Sadece loru dilde desek gic dyp mufettishi loxlamaq isteyirdi alinmadi. Hami ishini duzgun bilsin. Ershad Huseynova da meslehetim odur ki, tez tez yol hereketi ile bagli treninqlere getsin. Beyem bu dyp mufettishlerine vaxti vaxtinda trening kechmirler? Elave olaraq da Ershad Huseynovun da en boyuk sehvi var. O da ne olursa olsun, o Oz emekdashini tehqir etmemeli idi. Amma Buna baxmayaraq o kobud sekilde Oz hemkarini tehqir edir. Xaish edirem bu sherhimi oldughu kimi paylashin. Mumkundurse Ershad Huseynova da chatdirin. Hormetle,
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-08-2019 03:16



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru