
Rusiyada xanım sürücüyə dərs keçmək istəyən sürücü özü gülməli vəziyyətə düşüb.
Yekaterinburqda xanım sürücü avtomagistralda sol zolaqla “Toyota Avensis” markalı avtomobili aşağı sürətlə idarə etdiyi üçün digər sürücülərin qəzəbinə səbəb olub.
Avtomagistralda bunu görən “Ssangyong” markalı avtomobilin sürücüsü xanımı cəzalandırmaq istəyib. O düşünüb ki, nəqliyyat vasitəsini avtomagistralda sol zolaqla bu cür idarə etməzlər. “Ssangyong” markalı avtomobil xanımın idarə etdiyi “Toyota Avensis” markalı avtomobili sağdan ötüb qarşısında qəflətən əyləci sıxdığı zaman onun avtomobili sürüşüb.
Nəticədə avtomobil 180 dərəcə istiqamətini dəyişib və bu zaman onları ötmək istəyən “BMW X5” markalı avtomobilə çırpılıb. Bunu görən xanım sürücü isə heç nə olmamış kimi öz hərəkətinə davam edib.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO