Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Dekabr

2014
16:12
3804
Sürücülərə ŞAD xəbər: Dizel və benzin ucuzlaşacaq

Dünyada neftin qiyməti, eyni zamanda avro-dolla-rubl məzənnəsində baş verən dəyişikliklərin fonunda artıq bəzi istehlak mallarında qiymət artımları nəzərə çarpır. Aparılan müşahidələrə görə, un, yumurtanın, idxal olunan duru yağların və sair kimi məhsullarda qiymət artımı müşahidə olunur. Məsələni şərh edən kənd təsərrüfatı ekseprti Vahid Məhərrəmov “Üç nöqtə”yə açıqlamasında dedi ki, qiymət artımı olacağı əvvəlcədən qeyd olunurdu: “Təbii ki, ölkədə istehlak qiymətlərində artımların olacağı haqqında zaman-zaman proqnozlarımızı vermişdik. Çox təəssüflər olsun ki, bu proqnozlar özlərini doğrultmağa başladı. Belə ki, bir çox ərzaq məhsullarında qiymət artımı müşahidə olunmaqdadır. Artıq unun qiymətinin də artıdığı haqqında məlumatlar verilməkdədir. Məsələnin problemli tərəfi odur ki, bu artımlar davamlı ola bilər”.

V.Məhərrəmov ekskluiziv olaraq qəzetimizə bildirdi ki, hökumətin artıq bu məsələyə baxacağı gözlənilir: “Çox ciddi mənbədən mənə məlumat verdilər ki, hökumət düşünür. Yaxın günlərdə dizel yanacağı, benzinin qiymətini endirəcəklər”.

O vurğuladı ki, Azərbaycanda benzinin və dizel yanacağının qiyməti təcili olaraq endirilməlidir: “Keçən il yanacağın qiymətinin artırılmasına heç bir əsas olmadığı halda, bu il dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması qiymətlərin endirilməsinə ciddi əsas verir. Yanacağın qiyməti dəyişməz qalarsa fermerlərimiz çətin duruma düşəcəklər. Onların istehsal etdikləri mal, məhsul rəqabətqabiliyyətli olmayacaq”.

Ekspertin fikrincə, ancaq bununla yanaşı düşünmürəm ki, qiymətlərin endirilməsi həmin anda bazarlara təsir etsin, qiymətləri ucuzlaşdırsın: “Gələcəkdə heç olmasa gözlənilən qiymətlərin artımının qarşısını ala bilər. Bu da ona görə təsir etməyəcək ki, biz kifayət qədər mal-məhsul istehsal edə bilməmişik. Bəzi halda isə mal-məhsulların istehsalı, idxalı, satışı ilə məşğul olan sahibkarlar artıq sanki özlərində vərdiş formalaşdırıblar ki, qiyməti əvvəlki səviyəyə endirmək yox, ancaq artırmaq lazımdır”.

Apardığı araşdırmaları əsas gətirən müsahibimiz vurğuladı ki, Azərbaycanda kənd təsərrüfatı məhsullarının qiyməti qonşu ölkələrdəki qiymətlərdən xeyli yuxarıdır: “Diqqət edin, Azərbaycan istehlakçısı dünya ölkələrin istehlakçıları ilə müqayisədə daha çox maliyə vəsaitləri xərcləməli olurlar. Bu da yaxşı hal deyil. Əhalinin firavan yaşaması üçün elə şərait yaratmalıyıq ki, onlar əldə etdikləri aylıq gəlirlərin çox hissəsini ərzaq məhsulları üçün xərcləməsin. Əhalinin digər tələbatı da var. Onu ödəmək üçün əlavə maliyə vəsaitinə ehtiyacı yaranır. Bütün bunlar nəzərə alınmalıdır. Bu baxımdan, hökumət təcili olaraq neft məhsullarının qiymətləri endirilməlidir ki, həm istehsalçılar, həm istehlakçılar, həm də tədarüklə məşğul olanlar qiymətin yüksək olmasından əziyyət çəkməsinlər. Apardığımız müşahidələr onu deməyə əsas verir ki, çevik iqtisadi siyasət apara biləcək məmurlar, mütəxəssislər, alimlər az saydadır. Onlar təşəbbüs göstərməkdə maraqlı deyillər. Təşəbbüsləri olsa da özlərini çətin duruma salar, fəaliyətində ciddi problem yarada bilər”. 

Müsahibimiz vurğuladı ki, Azərbaycan yerli ərzaq məhsulları ilə özünü təmin edə bilməsə, vəziyyət problem olaraq qalacaq: “Bu baxımdan ölkə öz ehtiyaclarını tam təmin etmək istiqamətində ciddi addımlar atmalıdır. Eyni zamanda keçən ilin sonlarında artırılan yanacağın qiyməti də bu sahədə bahalaşmaya rəvac verən amillərdəndir”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda taxta bazarı yanır - FOTO - VİDEO

22

Avqust
16:30
HÜQUQ,HADİSƏ
272

Baş prokuror Qubada vətəndaş qəbulu keçirəcək

22

Avqust
16:01
HÜQUQ,HADİSƏ
165

Bərdədə top mərmisi tapılıb - FOTO

22

Avqust
15:18
HƏRB
247

Tofiq Yaqubluya Prokurorluqda xəbərdarlıq edilib

22

Avqust
14:20
HÜQUQ,HADİSƏ
182

Bakıda itkin düşən qız tapılıb

22

Avqust
14:12
HÜQUQ,HADİSƏ
193

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

22

Avqust
12:40
HÜQUQ,HADİSƏ
177

Azərbaycan nefti bahalaşıb

22

Avqust
12:08
İQTİSADİYYAT
197
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-08-2019 02:28



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru