Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Dekabr

2014
10:17
İcra başçısının döyülməsinin təfərrüatları - VİDEO

Gəncədə qanunsuz tikililərin sökülməsi prosesinə etiraz edən bir qrup sakin ərazidə olan Nizami rayon icra hakimiyyəti başçısı, müavini və polis əməkdaşlarına xəsarət yetiriblər.

Gəncə şəhər Nizami rayon icra hakimiyyətinin başçısı Nizami Hacıyev, onun müavini və 5 polis əməkdaşı Gülüstan və Avtozavod qəsəbəsində infrastruktur işləri çərçivəsində aparılan söküntü işlərinə etiraz edən bir qrup şəxsin hücumuna məruz qalıblar. Ağır bədən xəsarətləri alan Nizami rayon icra hakimiyyətinin başçısı Nizami Hacıyev artıq reanimasiyadan palataya köçürülüb.

Xəstəxanadan verilən məlumata görə, onun vəziyyəti yaxşıdır. Polis əməkdaşları da reanimasiydan çıxarılıblar. Gəncə şəhər icra hakimiyyəti başcısının müavini Naqif Həmzəyevin sözlərinə görə, hadisənin baş verdiyi Gülüstan və Avtozavod qəsəblərinin bir qismi məcburi köçkünlər tərəfindən vaxtilə qanunsuz olaraq zəbt edilib və tikinti aparılıb.

"Nizami rayon icra hakimiyyətinin başçısı Nizami Hacıyev və digər dövlət nümayəndələri tərəfindən burada lazımı işlər həyata keçirilərkən həmin şəxslər – bir qrup dəllallar burda dövlət qulluqçularına qarşı cinayət törədiblər", deyə Naqif Həmzəyev bildirdi.

DİN-in məlumatına görə, faktla əlaqədar Gəncə Şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsilə cinayət işi başlanılıb. Hadisəni törədənlər saxlanılıb. Eyni zamanda görülən işlər çərçivəsində yeni salınan küçədəki ərazidə olan qanunsuz tikililərin söküntüsü davam edəcək. Tikdikləri evləri sökülən vətəndaşlar da işlərin tezliklə yekunlaşmasını və sənədlərin verilməsini gözləyirlər.

Gülüstan yaşayış massivində infrastruktur işləri çərçivəsində bu ərazidən Avtozavod qəsəbəsinə doğru kanalizasiya xəttlərinin çəkilməsi də nəzərdə tutulur və artıq işlərin bir hissəsi görülüb. Lakin arxada qanunsuz olaraq tikildiyi və zəbt olunduğu deyilən evlərin olması bu layihənin reallaşdırılmasına mane olur.

Gülüstan yaşayış massivində 45 mindən çox sakin yaşayır. Həyət evlərində yaşayanlar arasında Kəlbəcərdən olan məcburi köçkünlər çoxluq təşkil edir.ANS

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43099

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41423

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
42987

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42492

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48028

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42485

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
42858
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-09-2020 10:06





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru