Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Dekabr

2014
11:59
Sərxoş qadın sürücü İbrahim Nehrəmlinin katibəsi imiş... - FOTO

Bakı şəhər Dövlət Yol Polisi  dekabrın 5-dən 6-na və 6-dan 7-nə keçən gecə keçirilən reydlər zamanı ümumilikdə 10 xanım sürücü inzibati məsuiliyyətə cəlb olunması haqqında məlumat yayılmışdı. Həmin məlumatda onlardan birinin sərxoş vəziyyətdə qəza törədərək maşını qoyub qaçdığı da öz əksini tapmışdı. 

Məlumatda həmçinin qeyd olunurdu ki, reyd zamanı saxlanılan dövlət nömrə nişanı Az 99 BO 760 olan «Range Rover» markalı avtomobilin sürücüsü Könül Vəliyeva sərxoşluq müayinəsindən keçməkdən imtina edib. Özünün və yanındakı rəfiqəsinin “dövlət işçisi” olduğunu deyən bu sürücü bir neçə yerə zəng edib məsuliyyətdən yaxa qurtarmağa çalışsa da, faydası olmamışdı. Könül Vəliyeva restoranda ancaq çay içdiyini və oradan çıxan kimi yol polisi tərəfindən saxlanıldığını, sərxoş vəziyyətdə olmadığını iddia etmiş, ancaq sərxoşluq müayinəsindən keçməkdən imtina etmişdi. Buna baxmayaraq DYP əməkdaşları onu inzibati qaydada məsuliyyətə cəlb etmiş, avtomobil isə cərimə meydançasına aparılmışdı. Qeyd edək ki, sərxoş halda avtomobil idarə etməklə sərxoşluq müayinəsindən boyun qaçırmağın cəriməsi eynidir. Həmin məlumatda özünü və rəfiqəsini “dövlət işçisi” kimi təqdim edərək məsuliyyətdən yaxa qurtarmağa çalışan Könül Vəliyevanın hansı dövlət qrumunda işlədiyi isə müəmma olaraq qalmışdı. 

Dekabrın 10-da saat 13 radələrində  əməkdaşımız reyd zamanı saxlanılan və “Youtebe” sosial şəbəkəsində paylaşılan video görüntülərdə  dövlət nömrə nişanı aydın görünən Az 99 BO 760 olan «Range Rover» markalı avtomobili Atatürk prospekti ilə Məmməd Araz küçəsinin kəçişməsində yerləşən “Avesta” Konsernin mərkəzi ofisinin qarşısında görüb. Bu şirkət adı müxtəlif  qalmaqallarda hallanan iş adamı Hacı İbrahim Nehrəmliyə məxsusdur. “İstiqlal.az”-ın əməkdaşı şirkətin binası qarşısında dayanan bir şəxsdən avtomovilin kimə məxsusluğu ilə maraqlanıb və məlum olub ki, reyd zamanı saxlanılanda özünü və rəfiqəsini “dövlət işçisi” kimi təqdim edən xanım sürücü Hacı İbrahim Nehrəmlinin katibəsidir. 

Onu da qeyd edək ki,  Hacı İbrahimin özünün avtomobilinin də dövlət nömrə nişanı reyd zamanı saxlanılan avtomobillin nömrəsi ilə ancaq seriyaları fərqlidir.

Avropa.info  olaraq  qeyd edək ki, yol polisinin  saxladığı həmin  xanım haqqında hadisə zamanı çəkilmiş video görüntü də Youtube.com saytından silinib.

man in suit relaxing on bench

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
237

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
256

Rusiyada helikopter sərt eniş edib

26

May
09:44
DÜNYA
488
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-05-2020 15:51





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru