Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Dekabr

2014
15:39
6767
Sürücü yol polisinə: “Maşının içindəki ananızdı, bacınızdı” - VİDEO

Bakıda Dövlət Yol Polisi əməkdaşlarının qeyri-etik hərəkətləri yenə diqqət mərkəzindədir.

Hadisə şahidlərinin oxu.az-a verdiyi məlumata görə, dünən gecə saatlarında Tbilisi prospektində DYP əməkdaşları onlara şübhəli gələn avtomobili saxlayıblar.

Avtomobili saxlayan DYP əməkdaşları sürücüdən sənədləri istəyib:

“Maşının salonuna boylana-boylana sürücüdən soruşdu ki, maşındakı xanımlar kimlərdir? Sürücü isə onu nə üçün saxladığını soruşdu və DYP əməkdaşlarının avtomobilin içinə baxmasından narazılığını bildirdi”- deyə, hadisə şahidi məlumat verib.

Sürücü hüquq-mühafizə orqanlarının “maşındakı xanımlar kimlərdir?” sualına əsəbiləşərək, “maşının içindəki ananızdı, ya da bacınızdı” deyərək sərt cavab verib və hadisə yerindən uzaqlaşıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Oxu.Az-a bildirib ki, polis əməkdaşları avtonəqliyyat vasitəsinin texniki pasportdan olan göstəriciləri əsasında avtomobilə tam baxış keçirə bilər.

Şöbə rəisi əlavə edib ki, avtomobildə olan şəxslər DYP əməkdaşlarına şübhəli gəlirsə, sürücü onlar barəsində informasiya verməlidir. 

Qeyd edək ki, bir neçə ay öncə oxşar hadisə baş vermişdi. Sumqayıt şəhər sakini, Məhərrəmova Elnarə bildirmişdi ki, gecə saatlarında Avtovağzal Kompleksinin ətrafında 10 YP 489 dövlət nömrə nişanlı yol-patrul xidməti avtomobilində olan iki nəfər yol polisi əməkdaşı tərəfindən 10 dəqiqə ərzində 3 dəfə saxlanılıb. 

Həmin vaxt E.Məhərrəmova taksidə olub və Elçin adlı taksi sürücüsü onun qardaşının dostu imiş. DYP əməkdaşları sürücüdən soruşublar  ki, “maşındakı xanım kimdir?”. Bunu eşidəndə artıq əsəblərini cilovlaya bilməyən xanım maşından düşüb. DYP avtomobilinin nömrəsini götürüb “102”-yə zəng edərək şikayət edib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Deputat oğlunu həbsdən çıxartdırmaq istəyir

23

Avqust
12:48
HÜQUQ,HADİSƏ
126

Sabahın hava proqnozu açıqlanıb

23

Avqust
12:31
ÖLKƏ
152

Klublarımızın yay transferləri

23

Avqust
11:32
İDMAN
95

Hacıqabulda mikroavtobus qəzaya düşdü - 8 yaralı

23

Avqust
11:07
HÜQUQ,HADİSƏ
102

Bağdadi öz varisini təyin edir

23

Avqust
10:59
DÜNYA
172

Rusiyanın cənubunda ölümcül xəstəliklər yayılıb

23

Avqust
10:39
AİLƏ, SAĞLAMLIQ
113

DİM abituriyentlərə müraciət edib

23

Avqust
09:50
ELM / TƏHSİL
143
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-08-2019 14:10



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru