Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Dekabr

2014
15:06
2841
Polisi vurub qaçan «Porsche» sürücüsü generalın kürəkəni imiş –VİDEO

Bakının mərkəzində «Porsche» markalı avtomobillə yol polisinə qarşı kobudluq edən sürücü artıq 4 gündür həbsdədir. Tanınmış şair, dramaturq və tərcüməçi Əliağa Kürçaylının nəvəsi olan və onun adını daşıyan nəvə Əliağa özəl şirkətdə çalışır.

Avtosfer.az-ın apardığı araşdırmalar zamanı məlum olub ki, 25 yaşlı Əliağa Kürçaylı ədliyyə generalının kürəkənidir. Həmin sürücünün qayınanası isə yüksək instansiya məhkəməsində hakimdir. Müəyyən səbəblərdən onların adlarını açıqlamırıq. Çünki qayınana-qayınata kürəkənin əməlinə cavabdeh deyil. Sadəcə, bunu ona görə yazdıq ki, day-dayına arxayın olub yol hərəkəti qaydalarını pozanlar öz hesablarını bilsinlər ki, artıq heç kimə güzəşt yoxdur.

Dekabrın 4-də, axşam saatlarında Şeyx Şamil və İstiqlaliyyət küçələrinin kəsişməsində üzü Azneft dairəsi istiqamətində hərəkət məhdudlaşdırılsa da, Əliağa Kürçaylı “Porsche” markalı avtomobillə həmin istiqamətdə hərəkət etmək istəyib. Bu zaman Bakı şəhər DYPİ-nin əməkdaşı onun qarşısını kəsib və istiqaməti dəyişdirməyi tələb edib. Lakin sürücü polisin qanuni tələbinə əhəmiyyət verməyərək maşını onun üstünə sürüb və hərəkəti davam etdirib. Azneft dairəsində saxlanılacağını bilən sürücü Şövkət Məmmədova küçəsinə girərək yolun əksinə hərəkət etməklə 6 nömrəli məktəbin qarşısında Bəhram Gurun heykəlinin yanına çıxıb və hərəkəti davam etdirərək yayına bilib.

Lakin ertəsi gün polisin keçirdiyi axtarış tədbirləri nəticəsində həmin avtomobilin sürücüsü, 1989-cu il təvəllüdlü Əliağa Rüfət oğlu Kürçaylı saxlanılıb. Səbail rayon Məhkəməsinin qərarı ilə onun barəsində 15 sutka inzibati həbs cəzası müəyyən edilib.  Sürücü Əliağa Kürçaylı məhkəmədə ifadə verərkən bildirib ki, belə bir hərəkət etməsinə səbəb «Kristal Holl»da keçirilən tədbirdir. Həmin tədbirin təşkilatçılarından biri olduğunu deyən Ə.Kürçaylı bildirib ki, əgər vaxtında ora çata bilməsəydi, tədbir pozula bilərdi. Məhkəmədə özünü olduqca səmimi aparan Əliağa ifadə verərkən əməlindən peşman olduğunu deyib. Yaxın qohumları sayəsində cəzasız qalacağını zənn edən sürücü 15 sutka həbs qərarını eşitdikdə özünü itirib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Deputat oğlunu həbsdən çıxartdırmaq istəyir

23

Avqust
12:48
HÜQUQ,HADİSƏ
120

Sabahın hava proqnozu açıqlanıb

23

Avqust
12:31
ÖLKƏ
148

Klublarımızın yay transferləri

23

Avqust
11:32
İDMAN
93

Hacıqabulda mikroavtobus qəzaya düşdü - 8 yaralı

23

Avqust
11:07
HÜQUQ,HADİSƏ
100

Bağdadi öz varisini təyin edir

23

Avqust
10:59
DÜNYA
170

Rusiyanın cənubunda ölümcül xəstəliklər yayılıb

23

Avqust
10:39
AİLƏ, SAĞLAMLIQ
111

DİM abituriyentlərə müraciət edib

23

Avqust
09:50
ELM / TƏHSİL
142
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-08-2019 13:58



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru