Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Dekabr

2014
14:34
Azərbaycanlının Türkiyə polisini heyrətə salan görünməmiş fırıldağı

Türkiyə/ Türkiyənin Muğla qəsəbəsində Çində düzəldilmiş, məşhur markaları imitasiya edən 5 dollarlıq saatları 10 min dollara satan şəbəkə üzvlərindən biri tutulub, qalanları axtarışdadır.

Bu dələduzluq hadisəsi 2014-cü ilin avqust ayında Muğlanın Milas qəsəbəsində baş verib.

Şəbəkə üzvlərinin tətbiq etdiyi dələduzluq metodu polisi heyrətə salıb. Həmin vaxt qəsəbədə M.Ö. adlı pensiyaçıya yaxınlaşan şəbəkə üzvlərindən biri Azərbaycan ləhcəsi ilə ondan ünvan soruşub, başını qatıb. Lakin M.Ö. bu şəxsin danışdıqlarını yaxşı anlamadığından guya təsadüfən yaxınlıqdan keçən, əslində mütəşəkkil dəstənin üzvü olan A.K.-dan kömək istəyib.

Bu zaman ünvan soruşan şəxs deyib ki, yanında Azərbaycandan gətirdiyi bahalı saatlar və mobil telefonlar var, onları satmaq üçün lazım olan ünvana aparmalıdır.

A.K. isə M.Ö.-yə deyib ki, saatlar çox bahalıdır və onları elə özü də ala bilər. Bir-birlərini tanımırmış kimi davranan şəbəkə üzvləri A.K. və A.P. yanlarına Muğla sakinini də alıb saata baxmaq, onun qiymətini müəyyənləşdirmək üçün yaxınlıqdakı kafeyə gediblər.

Orada A.K. deyib ki, saatların qiymətini müəyyənləşdirmək üçün zərgər çağırmaq lazımdır. O, əslində şəbəkənin üzvü olan, özünü “zərgər” kimi təqdim edən F.K.-ni çağırıb.

“Zərgər” kafeyə gələrək saatlara baxıb və 10 ədəd saatın qiymətini müəyyən edib - 20 min türk lirəsi.

Bundan sonra şəbəkə üzvləri qızıl suyuna batırılmış saatları qızıl saat adına 20 min TL-yə M.Ö.-yə sırıyıblar. M.Ö. fırıldaqçılarla birlikdə yerli bank şöbəsinə gedib və saatları almaq üçün bankdan 20 min TL kredit götürüb. Şəbəkə üzvləri pulu alandan sonra hadisə yerindən uzaqlaşıblar.

Eyni fırıldaq daha sonra N.Ç. adlı Muğla sakininə qarşı da tətbiq edilib. Fırıldaqçılar ona da 10 ədəd saxta saatı 20 min TL-yə sataraq aradan çıxıblar. Daha sonra fırıldaq qurbanları saatları zərgərə yoxladaraq aldadıldıqlarını başa düşüblər və polisə şikayət ediblər.

Polis axtarışlardan sonra şəbəkə üzvlərindən F.K.-nin Aydın bölgəsində olduğunu müəyyən ediblər və dekabrın 9-da onu yaxalayıblar. Fırıldaqçı şəbəkənin digər üzvləri axtarılır.Virtualaz.org

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3873

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2795

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2237

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1887
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-04-2020 08:38



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru