Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

10 Dekabr

2014
12:05
1914
Avropa Azərbaycanı seçdi - `Cənub qaz dəhlizi`

Avropa İttifaqı Rusiyanı “Cənub axını”nı bərpa etməsi üçün razı salmağa çalışmayacaq.  

Bu açıqlama ilə Avropa Birliyinin Energetika üzrə komissarı Maro Şefçoviç çıxış edib.   O, Avropanın “Cənub axını”nın yerinə “Cənub qaz dəhlizi” layihəsi istiqamətində bütün diqqətini toplamaq niyyətində olduğunu bildirib:   “Avropa yeni prioritet layihə seçib. Bu, Avropa Birliyinə Xəzər dənizindən gələcək “Cənub qaz dəhlizi”dir. Layihə çərçivəsində Avropaya ilk qaz 2019-cu ildə çatmalıdır. “Cənub axını” heç vaxt Avrokomissiya üçün prioritet olmayıb. Brüssel hər zaman “Qazprom”dan asılılığı azaltmaq üçün alternativ variantlar axtarıb. Biz artıq Azərbaycan və Türkiyədən layihənin reallaşması üçün dəstək almışıq. Həmçinin Türkmənistanın qazını daşıya biləcək Transxəzər qaz kəməri layihəsinə nəzər yetiririk”.   Qeyd edək ki, Cənubi qaz dəhlizi özündə bir neçə qaz kəmərini birləşdirir. Əvvəllər bu layihənin tərkibinə demək olar ki, iflasa uğramış Nabucco proyekti də daxil edilmişdi. Proyektin reallaşmasından sonra Azərbaycan qazı Bakı-Tiflis-Ərzurum kəməri vasitəsilə Türkiyəyə, oradan isə Transanadolu və Transadriatik qaz kəmərləri vasitəsilə Yunanıstan, Albaniya, İtaliya və Qərbi Avropaya çıxarılacaq. 

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-01-2018 21:38

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru