Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Dekabr

2014
10:47
Əfv Komissiyası yaxın günlərdə toplaşacaq

Son həbslərə rəğmən hüquq müdafiəçisi ayın sonunda əfv olacağına ümid edirİnsan hüquqları üzrə Birgə Qrupun fəaliyyətinin bərpasından sonra da siyasi həbslər davam etdi. Birgə Qrupun bərpası siyasi dustaqların sayının azalması istiqamətində pozitiv nəticələr əldə olunacağına ümid yaratmışdı.

Amma hələ ki ortada real bir nəticə yoxdur. AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılın həbsindən sonra isə belə fikirlər səslənir ki, hüquq müdafiəçiləri Birgə Qrupu tərk etsinlər. Eyni zamanda son vaxtlar həyata keçirilən həbslər dekabrda əfv fərmanı veriləcəyinə ümidləri azaldıb.

Ombudsman Elmira Süleymanova, hüquq müdafiəçiləri dekabra əfv gözlənildiyini bəyan etsələr də, bəziləri hesab edir ki, bu həbslərdən sonra əfv verilməyəcək. Birgə Qrupun üzvü, hüquq müdafiəçisi Səidə Qocamanlı bildirdi ki, Əfv Komissiyası toplanacaq və ərizələrə baxılacaq. Hüquq müdafiəçisinin sözlərinə görə, komissiya müraciətləri gözdən keçirəcək və prezidentə təqdim olunacaq: "Əfv fərmanı vermək prezidentin səlahiyyətidir və ümid edirik ki, dekabrın sonunda əfv olacaq. Birgə Qrupda da müzakirələr gedir və güman edirik ki, əfv veriləcək".

S.Qocamanlı onların Birgə Qrupdan çıxmasını tələb edənlərə də cavab verdi: "Biz hər kəsin dediyi fikirlə hərəkət etməli olsaq, onda gərək evdə oturaq. Birgə Qrup məsuliyyətli qurumdur, burada nüfuzlu insanlar toplaşıb. Müxtəlif fikirlər yayan və yaydıran qüvvələr ola bilər. Ancaq biz öz işimizi görürük. Birgə Qrup iki ay ərzində çoxlu sayda insana kömək edib.

Bunlar siyasi həbslərlə bağlı olmasa da, sadə insanlara köməyimiz dəyib. Hüquq müdafiəçisinin işi yaxşılığı etdikdən sonra onu unudub işini davam etdirməkdir. Biz hər hadisəni, gördüyümüz müsbət işi mətbuata çıxarmalı deyilik.

Ona görə də Birgə Qrup var və olacaq. Biz problemləri gündəmə gətirmişik və artıq əfv verilməsi prezidentin səlahiyyətində olan məsələdir. Düzdür, yeni həbslər var, biz bunu araşdırırıq, təkliflər veririk. Xədicə İsmayıla zamin durmağa hazır olduğumuzu baş prokurorun birinci müavini Rüstəm Usubovla görüşdə bildirmişik, onun ev dustaqlığına buraxılmasını xahiş etmişik. Amma Xədicə İsmayıla dekabrda əfv veriləcəyini deyə bilmərəm".musavat.com

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dekabrın 9-na manatın məzənnəsi

06

Dekabr
17:24
İQTİSADİYYAT
224

Bakıda hüquqşünas döyülüb

06

Dekabr
16:23
HÜQUQ,HADİSƏ
351

"Nokia 2.3" smartfonu təqdim olunub

06

Dekabr
15:55
MARAQLIDIR
285

Vəhşi təbiətdən təbəssüm yaradan FOTOLAR

06

Dekabr
13:12
MARAQLIDIR
569
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-12-2019 00:21



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru