Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Dekabr

2014
17:01
1483
`Qara bazar`da Qarabağ həyəcanı: oyun öncəsi bilet izdihamı - FOTO

“3 saatdır burdayam, növbəm hələ çatmayıb. İstədiyim sektorlara biletlər tükənib. Ən pisi də odur ki, bir nəfər azı 10 bilet alır”. Bu sözləri bizə kassanın qarşısında Tural adlı azarkeş deyir.

Həqiqətən də, Avropa liqasında qrup mərhələsinin son oyununda, Milan “İnter”i ilə qarşılaşmaya maraq o qədər böyükdür ki, Tofiq Bəhrəmov adına stadionun qarşısında əməlli izdihamdır.  “Qarabağ”ın ölüm-dirim savaşına çıxacağı oyuna 2 gün qalmasına baxmayaraq artıq bilet həyəcanı yaşanır. Lent.az-ın əməkdaşının verdiyi məlumata görə, 2 və 3 manatlıq biletlər artıq satılıb. Kassada 5 və 10 manatlıq biletlər qalıb. “Qarabağ” klubunun rəsmləri biletləri stadionun kassalarına hissə-hissə verir. Sabah satışda 1 manatlıq biletlərdə olacaq. Kassaların qarşısındakı dəmir sədləri keçib ən ucuz biletlərə sahib olmaq isə əməlli mübarizə tələb edir.

Əli adlı azarkeş də bir adama 10 ədəddən çox bilet almasından şikayətlənir. “Mən Türkiyədə tələbə həyatı yaşamışam. Orada “Fənərbağça”nın oyunlarına getmişəm. Şükrü Saracoğlu stadionunda bir şəxsə ən çox 3 bilet verilir və bununla da “qara bazar”ın qarşısı alınır. Burda klub rəhbərliyi nə qədər də desə, kassalardakılar səhlənkarlıq edir. Sanki “qara bazarla” şərik işləyirlər. Səhərdən burdayam, hələ bilet ala bilməmişəm”.

Qeyd edək ki, “Qarabağ” - “İnter” oyunu dekabrın 11-i, Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək. Matçın start fiti 21-00-da çalınacaq.

Onu da qeyd edək, komandaların İtaliyadakı qarşılaşmasında 2-0 hesabı ilə “İnter” qalib gəlib. 







Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Axtarışda olan 28 nəfər saxlanıldı

21

May
12:33
HÜQUQ,HADİSƏ
28

Valideynlərə XƏBƏRDARLIQ

21

May
11:50
AİLƏ, SAĞLAMLIQ
111

Ağdaşda 1 tona yaxın narkotik məhv edildi

21

May
11:22
HÜQUQ,HADİSƏ
1857
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 12:34



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru