Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Dekabr

2014
12:35
2286
“Qarabağ”a qara xəbər

Avropa Liqasının qrup mərhələsi çərçivəsində “İnter”lə keçiriləcək son oyuna hazırlıqlarını davam etdirən “Qarabağ”da zədəli futbolçuların durumuna aydınlıq gəlib. 

Klubun həkimi Murat Şahinoğlunun   “apasport.az”a açıqlaması “Qarabağ” azarkeşlərinin heç də ürəyincə olmayacaq. Çünki həkim braziliyalı futbolçular Reynaldo Silva və Danilo Diasın bu qarşılaşmanı da buraxacaqlarını bildirib: “Reynaldonu “İnter”lə oyuna yetişdirə bilmədik. Braziliyalı hücumçu üçün, ümumiyyətlə, il başa çatıb. Dias da “İnter”lə görüşü buraxacaq. O, çempionatın son iki turunda oynaya bilər. Bədavi Hüseynovun durumu isə o qədər də ciddi deyil. Yəqin ki, avrokubok matçında iştirak edə biləcək”.

 Qeyd edək ki, “Qarabağ” – “İnter” oyunu dekabrın 11-də keçiriləcək və saat 21:00-da başlayacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Nazirlik parklara müdir axtarır

24

May
10:40
ÖLKƏ
39

Azərbaycan nefti 4%-dən çox ucuzlaşıb

24

May
09:37
İQTİSADİYYAT
1050
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 11:06



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru