Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Dekabr

2014
11:13
1620
Bakıda reyd zamanı 10 sərxoş qadın sürücü saxlanılıb

Kiminə görə onlar yolların qənimi, qəzaların səbəbkarı, kiminə görə isə kişilərdən daha ehtiyatlı və peşəkardılar. Söhbət sükan arxasında olan xanımlardan gedir. Son illər qadın sürücülərin sayı rekord səviyyədə artıb. Paraleldə isə onların törətdiyi qəzalar, pozduqları yol hərəkət qaydaları çoxalıb. Təkcə şər qarışanda keçirilən son reydlər zamanı, 10 sərxoş qadın sürücü saxlanılıb. Onların bəzilərində müvafiq sənədlər qaydasında olmasa da, əksəriyyəti avtomobili sərxoş vəziyyətdə idarə edənlərdir.

Bakı şəhər Dövlət Yol polisi idarəsinin bölmə rəisi Vaqif Əsədov xanım sürücülər arasında sürət həddini aşanların da oldüğunu bildirdi. Amma buna baxmayaraq yenə də üstünlüyü sərxoş qadınlar ələ alıb.

BŞDYPİ-nin bölmə rəisi Vaqif Əsədov bildirir ki, sərxoş sürücülərin iştirakı ilə 50-dən çox yol nəqliyyat hadisəsi baş verib.

Qaydalara riayət etməyən, kobud şəkildə pozan, həm də sükan arxasında əyləşən yeniyetmə və gənclərdir. Təkcə ilin əvvəlindən bu günə kimi sərxoş sürücülərin iştirakı ilə 50-dən çox yol nəqliyyat hadisəsi baş verib. Heç şübhəsiz bu cür sürücülər tərəfindən törədilən qəzalar ölümsüz ötüşməyib. Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev sərxoş sürücülərə qarşı reydlərin mütəmadi aparılacağını bildirdi.

Onu da deyim ki avtomobili sərxoş şəkildə idarə edən şəxslər 300 manatdan 500 manatadək məbləğdə cərimə olunurlar. Əgər bu hal dəfələrlə təkrarlanarsa həmin sürücünün sürücülük hüququ məhdudlaşdırılır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

18 oktyabr Dövlət Müstəqilliyi günüdür

18

Oktyabr
00:01
SİYASƏT
69

Azərbaycan əhalisinin sayı açıqlandı

17

Oktyabr
18:29
ÖLKƏ
146

Yanan avtomobili polis söndürdü - VİDEO

17

Oktyabr
16:42
HÜQUQ,HADİSƏ
104

Gəncədə doğuş zamanı körpə ölüb

17

Oktyabr
16:05
HÜQUQ,HADİSƏ
34

Facebook və Instagram çökdü

17

Oktyabr
15:40
DÜNYA
159

Bakıda minik avtomobilləri toqquşdu, ölən var

17

Oktyabr
15:10
HÜQUQ,HADİSƏ
53
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-10-2019 09:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru