Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Dekabr

2014
10:51
Yol polisi ilə sürücü arasında dava: İndi mən təpiyi qoyacam... - VİDEO

Bakının Nizami rayonu ərazisində - Babək prospektində yol polisi əməkdaşları ilə bir sürücü arasında insident yaşanıb. İnsident 10 YP 537 dövlət nömrə nişanlı avtomobillə xidmət edən yol polisi əməkdaşlarının 47 BS 634 dövlət nömrə nişanlı minik avtomobilini saxlamasından sonra baş verib.

Yol polisinin “saxla” əmrinə tabe olmayan sürücü, şəhərdə xeyli təqib edildikdən sonra Babək prospektində səkiyə sıxışdırılaraq saxlanılıb. Bundan sonra isə sürücü avtomobilin qapılarını bağlayaraq, nə yerə düşüb, nə də sənədlərini təqdim edib. Uzun mübahisələr, sürücü ilə danışıqlar fayda verməyib. Nəticədə ətrafdakılar da hadisə yerinə toplaşıb, yol, demək olar ki, bağlanıb. Sürücünün bu davranışında təngə gələn polislər onu hədələməyə, təhqir etməyə başlayıblar. Lakin bu da nəticə verməyib.

Sonradan avtomobilin qapıları “atvyorka” ilə açılıb və sürücü polis bölməsinə aparılıb.

Hadisə şahidlərinin göndərdikləri videonu təqdim edirik:

AzNews.az
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3791

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2759

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2187

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1867
Şərhlər
Sadəddin Dadaşov tərəfindən 10-12-2014 13:58:20 tarixində yazıldı
Yol polisi ilə sürücü arasında dava...
Mən YPX əməkdaşlarina silah verilməsinin tərəfdarıyam. Saxla əmrinə tabe olmayan və əks istiqamətli hərəkət zolağına çıxan sürücülərə isə ABŞ-dakı kimi atəş açılsın və birdəfəlik zərərsizləşdirilsin. ALLAH bu polislərə səbir versin...
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-03-2020 10:25



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru