Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Yanvar

2012
18:27
592
MİLLİ QƏHRƏMAN - HƏBİBOV RƏFAEL HACI ŞƏRAFƏT oğlu

20 aprel 1964-cü ildə Əli Bayramlı şəhərində doğulmuşdur. 1981-ci ildə buradakı 14 saylı orta məktəbi bitirmişdir. Daha sonra hərbi xidmətə çağırılır. Baltik qoşunlarında xidmətini başa vuraraq Gizirlər məktəbinə daxil olur. 1992-ci ildə o yenicə yaranmağa başlayan Milli Ordunun ilk zabitlərindən olur. Rəfael leytenant rütbəsi ilə 23 may 1992-ci il Qarabağa döyüş bölgəsinə göndərildi. O, Təzəkənd, Narıştar, Zod, Çapar kəndləri uğrunda gedən döyüşlərdə iştirak edir. Rəfael Kəlbəcər uğrunda gedən döyüşlərdə düşmənin PDM-24 tipli zirehli maşınını heyət ilə birlikdə məhv edir, vətən oğlunun adı elləri dolaşır sonrakı döyüşlərdə 7 iyul 1992-ci il qəhrəmancasına həlak olur.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 saylı fərmanı ilə leytenant Həbibov Rəfael Hacı Şərafət oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Əli Bayramlı şəhər qəbristanlığında dəfn edilmişdir. Oxuduğu 14 saylı məktəb qəhrəmanımızın adını daşıyır. Büstü qoyulub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Prezident Mikayıl Cabbarovu qəbul edib

23

Oktyabr
16:06
SİYASƏT
129

Prezident Vergilər Nazirliyini ləğv etdi

23

Oktyabr
15:18
SİYASƏT
522

El-Klassikonun yeni tarixi məlum oldu

23

Oktyabr
14:49
İDMAN
72

Günün qarşılaşmaları TV AFİŞA

23

Oktyabr
14:17
İDMAN
42

Gəncədə qətl törədən şəxs tutulub - RƏSMİ

23

Oktyabr
12:57
HÜQUQ,HADİSƏ
47
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-10-2019 00:51



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru