Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Dekabr

2014
11:50
“Porsche”ni polisin üstünə sürənin kimliyi məlum oldu - FOTO - VİDEO

Yol polisini əzib keçən "Porsche"nin sürücüsünün kimliyi bəlli olub. AzadXeber.az bildirir ki, milli.az-ın əldə etdiyi məlumata görə, ötən gün İstiqlaliyyət küçəsində yol polisinə qarşı təhqiramiz rəftarı ilə xəbərlərin gündəminə çıxan şəxs tanınmış şair, dramaturq və tərcüməçi Əliağa Kürçaylının nəvəsidir. Onun da adı babasının adı kimi Əliağa Kürçaylıdır. 

Nəvə Əliağa Kürçaylı idarə etdiyi "90 KF 155" dövlət nömrə nişanlı avtomobilinin fotolarını özünün sosial şəbəkədəki profilində də yerləşdirib. 

Xatırladaq ki, ötən gün Bakının mərkəzində "Porsche" sürücüsünün yol polisinə qarşı etdiyi hərəkət hər kəsi şoka salıb. 

Yol polisi İstiqlaliyyət küçəsində yolu bağlayan zaman 90 KF 155 dövlət nömrə nişanlı "Porsche Cayenne" markalı avtomobilin sürücüsü onun əmrinə tabe olmayıb.

Yol polisi serjantı maşının qarşısında dayansa da, sürücü maşını arxaya verərək polisin üzərinə sürüb. Sonradan bu hərəkətini təkrarlayaraq polisi vurub kənara tullayıb və avtomobilini sürüb gedib. Hadisə zamanı yol polisi serjantı ayağından xəsarət alıb.

Şair, dramaturq və tərcüməçi Əliağa Kürçaylı məşhur rus şairi Sergey Yeseninin əsərlərini Azərbaycan dilinə tərcümə edib. O, bir çox şeirlər və pyeslərin müəllifidir. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4956

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3368

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2687

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2228
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-04-2020 16:40



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru