Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Dekabr

2014
15:40
Rufiz Qonaqov: “Köçəryanın nümayişlərə qoşulması vəziyyətin daha mürəkkəb olmasının isbatıdır”

Serj Sarkisyanın yürütdüyü uğursuz daxili və xarici siyasətə qarşı baş qaldıran etiraz dalğası bütün ölkəni cənginə alıb. Parlament binası qarşısında nümayişlər keçirilib.

Aksiya iştirakçıları Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulmasına etiraz ediblər. Düşmən ölkədə baş verən hadisələrə münasibət bildirən Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov FaktXəbər-ə bildirib ki, Ermənistanın vəziyyəti həqiqətən də çox çətindir. "Kütləvi etirazlar gözlənilən idi. Sarkisyan rejimi uzun zamandır ki, əhalini səfalət girdabında boğur. O, ölkəsini siyasi dəyənəyə çevirib” – deyən BMAM sədri Rufiz Qonaqov  hesab edir ki, Sarkisyanı hakimiyyətə gətirən sabiq prezident Köçəryanın nümayişlərə qoşulması vəziyyətin daha mürəkkəb olmasının isbatıdır: "Ölkədəki bütün siyasi təşkilatlar və siyasi qüvvələr bu cinayətkar rejimdən yaxa qurtarmağın yollarını axtarır. Xalq Sarkisyanın istefasını təkidlə tələb edir”.

R.Qonaqov  düşünür ki, hazırkı rəhbərin devrilməsi asan başa gəlməyəcək: "Onun hakimiyyətdən getməsi üçün ermənilər daha sərt hərəkatlara başlamalıdır. Hazırkı durumla barışmalı deyillər. Keçirilən sorğulardan aydınca məlum olur ki, bədnamlar bu oyunlardan yorulub”.

Sarkisyanın devrilməsini çətin edən məsələyə gəlincə, Rufiz Qonaqov vurğulayıb ki, ölkədə silahlı qüvvələrə nəzarəti onun özü yerinə yetirir: "Xatırlayırsınızsa, bir müddət əvvəl Sarkisyanın hakimiyyətə gəlməsi üçün xalq gülləbaran olundu. Seçkilərdə Sarkisyan xalqın etimadını qazanmamışdı. Belə bir vəziyyətdə xalqın üstünə silah çəkərək cinayətkarın hakimiyyətini qoruyub saxladılar. Söhbət ondan gedir ki, amansız rejim əlindəki ordu birləşmələrindən öz xalqına qarşı hər zaman istifadə edə bilər. Sarkisyan buna güvənir. Xalqın daha geniş təbəqələrinin etirazları hər tərəfi bürüdükcə, indiki rejim üçün daha ağır vəziyyət yaranacaq”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
54071

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52189

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
53629

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53369

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
58718

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
52994

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
53383
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-11-2020 06:01





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru