Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Dekabr

2014
14:47
Pol Qobl: “Heydər Əliyevlə Robert Köçəryan razılaşmaya çox yaxın idi, Rusiya qoymadı”

2001-ci ildə ABŞ-ın Ki-Uest şəhərində keçirilən Qarabağ danışıqlarında Ermənistan və Azərbaycan münaqişənin nizamlanmasına heç vaxt olmayan qədər yaxın idilər.

Bu haqda amerikalı analitik, dövlət katibinin xüsusi müşaviri işləmiş Pol Qobl Ermənistanda nəşr edilən “168 jam” qəzetinə müsahibəsində deyib.

Pol Qobl 90-cı illərdə dövlət katibinin xüsusi müşaviri işləyib və Dağlıq Qarabağ münaqişəsinin həll yoluna dair “Qobl planı” kimi məşhurlaşan təkliflər verib. Ərazi mübadiləsi prinsipinə əsaslanan bu plana görə, Azərbaycan Dağlıq Qarabağ və Laçın dəhlizini Ermənistana verir, Ermənistan isə Naxçıvanla dəhliz yaratmaq üçün Mehri rayonundan Azərbaycana ərazi ayırır.

Pol Qobl

Amerikalı analitikin bildirdiyinə görə, 2001-ci ildə Ki-Uestdə aparılan danışıqlarda masa üzərində olan sənəd onun əvvəl təklif etdiyi varianta çox yaxın idi.

“Tərəflər hələ çox yaxın idi, çünki prezident Robert Köçəryan da, prezident İlham Əliyev də eyni vaxtda öz xalqlarına sədaqəti hakimiyyətlərindən üstün tutmağa sadiqliyini nümayiş etdirmişdilər. Əgər xaricdən müdaxilə olmasaydı, yekun razılaşma əldə ediləcəkdi” - Pol Qobl bildirib.

O vaxtkı ABŞ dövlət katibi, general Kolin Pauellin vasitəçiliyi ilə keçirilən Ki-Uest danışıqlarında Pol Qobl və Qarabağ münaqişəsi üzrə bəzi nüfuzlu beynəlxalq analitiklər iştirak etmişdilər.

P.Qobl xatırlayır ki, xarici qüvvələrdən ilk növbədə Rusiya Ermənistana və Azərbaycana Qarabağa dair yekun razılaşma əldə etməyə imkan vermədi. Onun sözlərinə görə, məsələnin həll edilməmiş qalması Moskva üçün strateji əhəmiyyət kəsb edir. Çünki Rusiya Cənubi Qafqaz olmadan Şimali Qafqazı heç vaxt nəzarətdə saxlaya bilməz.

Digər tərəfdən, analitik hesab edir ki, Qərb özü də stabil status-kvonun tərəfdarıdır. “Qobl planı” haqda danışan analitik deyib ki, o vaxt həmin plan yaxşı idi. Ancaq indi həmin planı danışıqlar prosesinə daxil etmək mümkün deyil. (Virtualaz)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
54066

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52184

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
53624

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53364

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
58713

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
52989

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
53378
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-11-2020 05:05





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru